"Qarabağ" klubu dünya reytinqində 17 pillə irəliləyərək 65-ci yerdə
qərarlaşıb.
Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının
(IFFHS) noyabrın 11-də açıqladığı siyahıda əksini tapıb.
192/25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə
qalxıb.
Azərbaycanın digər klublarından "Sabah" 296-cı mövqedən 276-ya,
"Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib.
502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla
liderdir.
Azərbaycanda da azarkeşləri olan Türkiyənin "Qalatasaray" klubu isə
siyahıda 28-ci yeri tutur.
Hazırda UEFA Çempionlar Liqasında 36 klub arasında "Qalatsaray" 9
xalla 9-cu, "Qarabağ" isə 7 xalla 15-ci yeri tutur.
5 noyabr
'Qarabağ'-'Çelsi' oyununda bərabərlik
Noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu
çərçivəsində Bakıda "Qarabağ" və "Çelsi" qarşılaşması olub. Oyun
2:2 hesabı ilə başa çatıb.
Hesabı əvvəlcə londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian
fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə
Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra
isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini
qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas
olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb
Bununla da "Qarabağ" 7-ci xalını qazanıb.
Bundan öncə, oktyabrın 22-də UEFA Çempionlar Liqasının Liqa
mərhələsinin üçüncü turu çərçivəsində İspaniya
təmsilçisi "Atletik
Bilbao" ilə səfər qaşılaşmasında "Qarabağ" 3:1 hesabı ilə məğlub
olmuşdu.
1 oktyabr
'Qarabağ' 'Kopenhagen'i də məğlub etdi
Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" klubu bu gün, oktyabrın
1-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti qələbəsini
qazanıb. Qurban Qurbanovun kollektivi Bakıda "Kopenhagen"i məğlub
edib.
Azarkeşlər iki qola şahidlik ediblər. Görüş "Qarabağ"ın 2:0 hesablı
qələbəsi ilə başa çatıb.
"Qarabağ" birinci turda səfərdə "Benfika"ya qalib gəlmişdi -
3:2.
Bununla da Ağdam təmsilçiləri 6 xala yiyələnib.
17 sentyabr
'Benfika'nın baş məşqçisi 'Qarabağ'a məğlubiyyətdən sonra istefaya
göndərilib
"Benfika" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin
"Qarabağ"a uduzduqları ilk oyunundan sonra baş məşqçisi Brunu Laje
ilə yollarını ayırıb.
Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama
verib.
O, bunun üçün təəssüfləndiyini bildirib.
Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini
sözlərinə əlavə edib.
"Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
16 sentyabr
Çempionlar Liqası: 'Qarabağ' səfərdə 'Benfika'nı məğlub
edib
Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"nı məğlub edib.
Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə
də, 90 dəqiqənin sonuna qədər geridönüş etməyi bacarıb - 2:3.
Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis
Pavlidis vurub.
"Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey
Kaşuk fərqlənib.
Azərbaycan çempionu tarixində ikinci dəfə idi ki, UEFA Çempionlar
Liqasında Liqa mərhələsinə vəsiqə qazanmışdı.8 il əvvəl həmin
mərhələdə “Qarabğ” yalnız iki xal qazanmışdı. Bu dəfə isə Ağdam
təmsilçiləri ilk görüşündəcə 3 xala yiyələnib Bu mərhələdə
“Qarabağ”ı daha 7 oyun gözləyir. Azərbaycan çempionunun sonrakı
rəqibləri "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Atletik"
(İspaniya), "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks"
(Niderland) və "Kopenhagen"dir (Danimarka).
Final uğrunda ümumilikdə 36 klub mübarizə aparır. Səkkiz oyunun
nəticələrinə görə 36 klub arasında 1-8 yerləri tutan komandalar
növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. 9-24 yerlər arası
qərarlaşan klublar isə püşkdən asılı olaraq bir görüşlük oyunlar
keçirəcəklər. Qalib səkkiz klub da ilk səkkiz yeri tutan
komandalara qatılacaq.
25-36 yerləri tutan klublar isə mübarizəni dayandırmış
olacaqlar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.