'Proyekt': Milyarder Süleyman Kərimov deputat mandatını və senator yerini 25 milyon dollara alıb
Dağıstanı təmsil edən senator, milyarder Süleyman Kərimov 1999-cu ildə deputat mandatını satın alıb, daha sonra isə Federasiya Şurasında yerini pulla əldə edib. O, sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət təqibindən ehtiyat edirmiş, qanunverici orqanda mandat isə ona 26 illik hüquqi toxunulmazlıq qazandırıb. Bu haqda "Proyekt" milyarderin ətrafındakı mənbələrə istinadla yazır.

Jurnalistlər 1999-cu ildə Kərimovun Vladimir Jirinovskiyə "Jirinovski bloku"ndan
bir mandatın alınması üçün 5 milyon dollar ödədiyini üz çıxarıblar. Onların birgə biznesi var idi: 1990-cı illərdə Kərimovun "Nafta-Moskva" şirkəti Jirinovskinin Səddam Hüseynlə əlaqələrindən yararlanaraq İraq Küveyti işğal etdikdən sonra sanksiyalar altında olan bu ölkənin neftini Qərbə satırdı.

Kərimov 2007-ci ilin sonuna qədər iki çağırış Duma üzvü olub. Sonradan o, prezident administrasiyası rəhbərinin müavini Vladislav Surkovun təzyiqi ilə Federasiya Şurasına keçib. Surkov həmin dövrdə yeni seçilmiş prezident Dmitri Medvedevin maraqlarına uyğun parlament formalaşdırırdı. Senator kürsüsünün Kərimova 10 milyon dollara başa gəldiyi bildirilir: məbləğin yarısı səlahiyyətlərindən imtina edən Dağıstan nümayəndəsi Atay Əliyevə, qalanı o vaxt Federasiya Şurasının spikeri və "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironova çatıb.

Senator səlahiyyətləri altı il davam edir. "Proyekt" bildirir ki, Kərimov daha iki dəfə 5 milyon dollar nağd ödəniş etməklə növbəti spiker Valentina Matviyenko vasitəsilə Federasiya Şurasında qalmasını uzadıb. Kərimovun maliyyə məsələləri ilə məşğul olmuş mənbə "Proyekt"ə deyib ki, milyarder bu ödənişləri "qəpik-quruş" adlandırırdı.

Kərimov prezident administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromovun kiçik oğlunun işə düzəlməsinə şəxsən kömək edib. Onun prezident administrasiyasının rəhbəri Anton Vaynoya bahalı hədiyyələr – yaxta, zinət əşyaları və Moskvadakı Serebryannı Bor bölgəsində torpaq sahəsi bağışladığı bildirilir. Milyarderin tanışının sözlərinə görə, bu əlaqələr sayəsində oliqarx öz məsələlərini şəxsən Vladimir Putin vasitəsilə həll edə bilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google