Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti silah-sursatın gizləndiyi
yer aşkarlayıb və oradan müxtəlif növ partlayıcı maddələr və döyüş
sursatı götürüb.
Çataev və onun silahlı qrupuna qarşı 2017-ci ildə başlanan istintaq
çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinə
məlumat daxil olub. Məlumatda bildirilirdi ki, qrupun məhv
edilməsindən sonra onlara məxsus döyüş sursatının bir hissəsi
illərlə mənbənin göstərdiyi yerdə gizlədilib.
Antiterror
Mərkəzinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər
nəticəsində, Telavi bələdiyyəsinin Leçuri kəndi yaxınlığındakı
meşəlikdə yerləşən gizli yerdən atıcı silah, 5 daraq, 161 ədəd
patron, 3 əl qumbarası, müxtəlif növ partlayıcı maddələr – o
cümlədən trotil və ilkin tibbi yardım vasitələri aşkarlanıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 323-cü,
331¹-ci, 344-cü, 328-ci və 236-cı maddələri üzrə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.