Qida Təhlükəsizliyi Milli Agentliyi: Dedoplistskaroda qeydiyyatsız pendir istehsalı müəssisəsi aşkarlanıb
Qida Təhlükəsizliyi Milli Agentliyinin (QTMA) məlumatına görə, Kaxetidə – Dedoplistskaro şəhərində qeydiyyatsız pendir istehsalı müəssisəsi aşkar edilib.

“Mülki şəxs M.Q. (ünvan: Dedoplistskaro, Mərkəzi parkın yaxınlığı) satış məqsədilə pendiri iqtisadi fəaliyyətlərin reyestrində qeydiyyatdan keçmədən və Agentliyin rəsmi tanınması olmadan istehsal edirdi. Sahibkar inzibati qaydada cərimələnib, istehsal prosesi dayandırılıb, götürülən məhsul isə möhürlənərək Agentliyin nəzarəti altında məhv edilib”,
deyə açıqlamada bildirilir.

Agentliyin məlumatına əsasən, Siğnaği bələdiyyəsinin Cuqaani kəndində yerləşən qeydiyyatsız süd emalı müəssisəsində də istehsal prosesi yenidən dayandırılıb.

“Mülki şəxs T.B. Agentliyin qərarına baxmayaraq, istehsalı (pendir istehsalını) özbaşına davam etdirirdi. Qanun pozuntusunun təkrarlanmasına görə sahibkar 5 000 lari məbləğində cərimələnib”, – deyə Agentliyin məlumatında qeyd olunur.

2025-ci ildə Qida Təhlükəsizliyi Milli Agentliyi süd və süd məhsullarının emalı müəssisələrinə nəzarəti daha da gücləndirib. İlin əvvəlindən bu yana inspektorlar ölkə üzrə 45 qeydiyyatsız müəssisə müəyyən ediblər. Onlardan təxminən 20-si artıq qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyətini bərpa edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google