Rumıniyada keçmiş senator ölkənin müdafiə nazirinə 1 milyon avro
(1.16 milyon dollar) rüşvət verməyə cəhd ittihamı ilə həbs edilib.
Rüşvətin məqsədi bir silah müqaviləsinə Avropa İttifaqının (Aİ)
proqramı vasitəsilə saxtakarlıqla maliyyə ayrılmasına nail olmaq
idi.
Həmin razılaşma mürəkkəb sxemə əsaslanıb: Qazaxıstanda
Rusiya-modelli mərmilərin alınması, onların Rumıniyaya gətirilərək
yenilənməsi, "Rumıniya istehsalı" kimi yenidən etiketlənməsi, daha
sonra Bolqarıstandakı şirkət
vasitəsilə Ukraynaya satılması
planlaşdırılırdı.
Yekun ideya gələcəkdə Aİ-nin "Rearm Europe" proqramı çərçivəsində
maliyyə əldə etmə üçün biznes sxemi yaratmaq olub. Blok bu proqramı
martda 27 üzv ölkədə silah istehsalını dəstəkləmək üçün işə salıb.
Rusiya-modelli mərmilər Ukraynada geniş istifadə olunur, lakin Aİ
ölkələrində istehsal edilmir.
AzadlıqRadiosunun rumın xidməti iş üzrə iki əsas şəxs ilə danışıb.
Onlardan birinin keçmiş senator Marius Ovidiu İsayla, digərinin
bolqar işadamı Roman İvanov Anqelov ilə əlaqəsi olub.
İddialara görə, oktyabrın əvvəlində Anqelov Qazaxıstandakı
əlaqələrdən yararlanmaq istəyib. Onun Rumıniya Müdafiə Nazirliyinə
bağlı "Romtehnica" silah ticarəti şirkətinin rəhbərliyi ilə
görüşmək üçün nümayəndə heyətinə başçılıq etdiyi iddia olunur.
"Şübhəli təklif"
"Onlar mənə təklif etdilər ki, Qazaxıstandan sursat
alıb onlara yenidən sataq", – "Romtehnica" rəhbəri
Razvan Minku AzadlıqRadiosuna deyib. Amma o, təklifin şübhəli
göründüyünü, rədd etdiyini əlavə edib.
İstintaqın versiyasına görə, İsayla müqaviləni asanlaşdırmaq üçün
müdafiə naziri İonuts Moştyanunu ələ almaq məqsədilə bir vasitəçiyə
üz tutub. AzadlıqRadiosu həmin vasitəçi, siyasətçi Oktavian Berçanu
ilə danışıb; informator da məhz o olub və İsayla ilə görüşlərinin
17 gizli səs yazısını hüquq-mühafizə orqanlarına təqdim edib:
"Məqsəd Rusiya-istehsalı və ya Rusiya-modelli
sursatları Rumıniyaya gətirmək, sonra onları Bolqarıstana ixrac
edib oradan Ukraynaya göndərmək idi. Hamısı Avropa İttifaqının pulu
ilə alınacaqdı".
"Bu qrupa qoşulmaq üçün mənə 10 milyon avro (11.57
milyon dollar) təklif etdilər. Metod belə idi, siyasətçilərə böyük
məbləğlər təklif edərək əməkdaşlığa qoşmaq
istəyirdilər", – o əlavə edir.
Berçanunun yazdığı səslərin transkriptlərini Rumıniyanın "Gandul"
saytı noyabrın 10-da dərc edib. İsaylanın açıqlamaları onun
başqaları ilə işlədiyini göstərir: tez-tez "biz" deyir, böyük
məbləğlərdən, siyasi nüfuzdan danışır.
"Qapını açan adamam! Sizə qapı açıram: NATO, ABŞ
səfirliyi, Almaniya", – bir məqamda belə deyir.
Başqa bir söhbətdə isə Berçanuya deyirmiş:
"Mənə nə
qədər lazım olduğunu deyin və axşam... 24 saat ərzində pulun hamısı
sizdə olacaq".
İsayla sxemin necə işləyəcəyini təsvir edir:
"Qazaxıstandan mərmiləri alırıq, özümüz
sökürük,…yenidən yığıb rəngləyirik, düzəldirik və Rumıniya dövləti
onları satır".
"Bir gecəyə milyarderə çevrilmək"
Səs yazılarına görə, İsayla oxşar sxemin artıq Albaniyada
gerçəkləşdirildiyini, bu işə cəlb olunanların bir gecədə milyarderə
çevrildiyini iddia edir. Albaniyanın Müdafiə Nazirliyi, Korrupsiya
ilə Mübarizə İdarəsi AzadlıqRadiosunun sorğularına dərhal cavab
verməyib.
Rumıniyanın müdafiə naziri İ.Moştyanu sosial şəbəkədə yazıb: "Bir
şəxs "Romtehnica" ilə müqaviləni asanlaşdırmaq üçün mənim nüfuzumu
1 milyon avroya almağa cəhd göstərib. Bu şəxslə hər hansı görüşü
qəti rədd etdim".
İsayla barəsində 30 günlük həbs-qətimkan tədbiri seçilib.
Bolqarıstanlı işadamı Roman Anqelovun harada olduğu bilinmir.
Anqelov "Sofia Arm Tech" adlı şirkətin yeganə sahibidir; bu şirkət
keçən il beynəlxalq silah ticarəti üçün lisenziya alıb.
Şirkət Bolqarıstanın kommersiya reyestrinə təqdim etdiyi sənədlərdə
2020-ci ildə yaradıldıqdan sonra hər hansı fəaliyyətini
göstərməyib. Şirkətdə səkkiz nəfərin çalışdığı göstərilir.
Anqelov və şirkəti AzadlıqRadiosunun bolqar xidmətinin suallarını
cavablandırmayıb.
Məqaləni AzadlıqRadiosunun rumın xidmətinin müxbiri Simona Karluca,
radionun rumın və bolqar xidmətləri hazırlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.