Noyabrın 12-də Qazaxıstan parlamentinin aşağı palatası - Məclis
"Arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması
məsələləri haqqında"
qanunu ikinci oxunuşda təsdiqləyib. Qanun pedofiliya və
qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını qadağan edir. O,
Rusiyanın diskriminativ "LGBT təbliğatı" qanununun analoqudur.
Rusiyada bu qanundan dolayı yüzlərlə LGBT təmsilçisi ölkəni tərk
etməli olub.
Qanun layihəsi "uşaqları və yeniyetmələri rəqəmsal mühitdəki mənfi
məzmundan qorumaqla
bağlı ictimai narahatlığın artması" ilə
əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev
deyib. Onun sözlərinə görə, dəyişikliklər ictimai məkanlarda
pedofiliya və qeyri-ənənəvi oriyentasiyanın təbliğini yasaqlayır.
Bu sənəd uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil,
kinematoqrafiya və media haqqında doqquz əsas qanuna təsir
göstərəcək.
Məclis dəyişiklikləri yekdilliklə qəbul edib. Deputatların
mövqeyincə, məqsəd LGBT icmasının hüquqlarını ləğv etmək deyil,
"ictimai təbliğat"ı məhdudlaşdırmaqdır. "Heç kimin şəxsi hüquqları
məhdudlaşdırılmır. Qəbul edilən normalar belə bilgilərin ictimai
yayılmasının çərçivələri müəyyən edir. Bu isə beynəlxalq təcrübəyə
uyğundur", – Beysenbayevin sözləridir.
Deputat deyib ki, Qazaxıstanda uşaqlar və yeniyetmələr "hər gün
internetdə ailə, əxlaq və gələcək barədə təsəvvürlərinə mənfi təsir
göstərə biləcək məlumatlarla qarşılaşırlar".
Rusiyada "LGBT təbliğatı" qanunu ilə əlaqədar filmlər senzuraya
məruz qalır, mahnılar qadağan edilir, idmançıların, tanınmış
şəxslərin açıq etirafları barədə yazan mənbələr cərimələnir.
Bir sıra beynəlxalq insan haqları təşkilatları Qazaxıstanın qanun
layihəsini tənqid edib, onun insan haqlarını pozduğunu, inzibati
cəzalarla nəticələnə biləcəyini bildiriblər. Deputat Nikita Şatalov
isə deyib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir,
insanları cinsi oriyentasiyasına görə təqib etmir.
Qanun indi Senata, daha sonra isə imzalanmaq üçün prezidentin
təqdim olunacaq.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.