Gürcü Arzusunun Daxili İşlər Naziri Qela Qeladzenin açıqlamasına
görə, Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan
Türkiyə təyyarəsinin göyərtəsində 20 nəfər olub, 18 cəsəd tapılıb
və iki nəfərin axtarışı davam edir.
“Əvvəla, mərhumun ailələrinə, türk xalqına başsağlığı
vermək istəyirəm. Bildiyiniz kimi, dünən təxminən saat 14:00-da
Türkiyə hərbi təyyarəsi Azərbaycan ərazisindən havaya qalxaraq
Gürcüstan sərhədini keçib və sərhəddən təxminən 5 km aralıda qəzaya
uğrayıb.
Təyyarədə 20 nəfər olub. Təəssüf ki, onlardan 18-nin nəşi tapılıb,
iki nəfərin axtarışı isə davam edir. Mən Türkiyə Daxili İşlər
Naziri ilə daim əlaqə saxlayıram və koordinasiyadayam.
Biz bütün gecə hadisə yerində olan və araşdırmada iştirak edən türk
həmkarlarımızın da daxil olduğu beynəlxalq istintaq qrupu
yaratmışıq. Bildiyiniz kimi, bu, hərbi təyyarədir və biz sizə
Türkiyə tərəfi ilə razılaşdırılaraq mərhələli şəkildə detallar
barədə məlumat verəcəyik”, - deyə Qeladze
bildirib.
Dünən, 11 noyabrda Azərbaycandan Türkiyəyə uçan Türkiyə hərbi yük
təyyarəsi Azərbaycan-Gürcüstan sərhədindən 5 kilometr aralıda,
Siğnaği bələdiyyəsində qəzaya uğrayıb.
Türkiyə xilasetmə qrupları və silahlı qüvvələri Gürcüstan
agentlikləri ilə birlikdə təyyarə qəzası yerində işləyir.
Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 275-ci
maddəsinin 4-cü hissəsi ilə istintaqa başlayıb. Maddədə hava
nəqliyyatının təhlükəsizliyi və ya istismar qaydalarının pozulması
və nəticədə insan tələfatı qeyd olunub.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.