Meriya Məktəb İdman Olimpiadası üçün 2 429 lari dəyərində sertifikat və kuboklar alıb
Marneuli yerli özünüidarəetməsi sadələşdirilmiş müqavilə çərçivəsində “Məktəb İdman Olimpiadası” üçün sertifikatlar, medallar və hakim xidməti alıb.

10 noyabrda imzalanan müqaviləyə əsasən, Marneuli meriyası fərdi sahibkar Əkrəm Qəhrəmanovdan 12 ədəd çərçivəli sertifikat, 10 ədəd idman kuboku, 213 ədəd idman medalı, 220 kağız sertifikat, 3 futbol topu, 2 voleybol və basketbol topu alacaq. Meriya Əkrəm Qəhrəmanovla 2 429
lari dəyərində müqavilə imzalayıb.

10 noyabrda yerli özünüidarə həmçinin Otar Xarşiladze ilə də müqavilə imzalayıb və ondan 1 250 lari dəyərində futbol hakimi xidmətləri alacaq.

“Gürcüstan miqyasında Məktəb İdman Olimpiadası başlayıb və 2025-ci ilin sonunda başa çatacaq. Təhsil Resurs Mərkəzinin verdiyi məlumata görə, bələdiyyəmizdən 30 ictimai məktəb bu tədbirdə iştirak etmək istəyini bildirib. Məktəblər arasında yarışlar müxtəlif idman növləri üzrə keçiriləcək: (futbol, voleybol, basketbol, stolüstü tennis və gimnastika). Bu yarışlar qızlar və oğlanlar arasında baş tutacaq”, – sadələşdirilmiş müqavilədə qeyd olunur.

“Məktəb İdman Olimpiadası”nın təşkilatçısı Gürcüstan Milli Uşaq və Məktəb İdman Federasiyasıdır. Sadələşdirilmiş müqavilədə yazıldığına görə, “Məktəb İdman Olimpiadası” Gürcüstan miqyasında keçirilir. Marneulidən olimpidaya 30 məktəb qoşulub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google