Qiorqi Qaxaria barəsində “Qavrilov gecəsi” və Çorçana hadisəsinə görə cinayət işi açılıb – ona 13 ilədək həbs cəzası təhlükəsi var
Keçmiş baş nazir Qiorqi Qaxaria barəsində iki epizod üzrə cinayət işi açılıb. O, “Qavrilov gecəsində” baş verən hadisələrə və Çorçana kəndindəki sərhəd postu məsələsinə görə ittiham olunur. Bu barədə baş prokuror Qiorqi Qvarakidze prokurorluqda keçirilən brifinqdə məlumat verib.

“Qavrilov gecəsi” – I epizod
Qvarakidzenin sözlərinə görə, 2019-cu il 20–21 iyun tarixlərində keçirilən etiraz aksiyası zamanı “iki
və ya daha çox şəxsə qəsdən ağır bədən xəsarəti yetirilməsinin təşkili və dövlət siyasi vəzifəli şəxsin səlahiyyət həddini aşması faktları” araşdırılır.

Aparılmış istintaq hərəkətləri nəticəsində konkret şəxs – Qiorqi Qaxarianın təqsiri müəyyən edilib.

Baş prokurorun sözlərinə görə, həmin gecə daxili işlər naziri vəzifəsində olan Qaxaria “təlimat və qanunvericiliyi pozaraq” xüsusi tapşırıqlar departamentinə xəbərdarlıq etmədən və aksiya iştirakçılarına ərazini tərk etmək imkanı vermədən xüsusi vasitələrin birgə istifadəsini əmr edib və bununla vətəndaşlara qarşı qəsdən bədən xəsarətinin yetirilməsinə şərait yaradıb.

2019-cu il 20 iyunda paytaxtda, parlament binası qarşısında kütləvi nümayiş keçirilmişdi. Vətəndaşlar həmin gün parlamentdə baş verən hadisələrə – Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun Parlamentlərarası Pravoslav Assambleyasının iclasında Gürcüstan parlament sədarət kreslosuna oturmasına – etiraz edirdilər.

Etirazın “zorakı” hal aldığını bəhanə edən polis aksiyanın dağıdılmasına başladı. Həmin gün azı iki etirazçı gözünü itirdi, çoxsaylı jurnalistlər və vətəndaşlar xəsarət aldı. O vaxt Qaxaria daxili işlər naziri idi.

“Qavrilov gecəsindən” iki ay keçməmiş “Gürcü Arzusu” partiyası Qaxarianı, istefası tələb olunan şəxsi, baş nazirliyə namizəd elan etdi. 2020-ci il seçkilərində o, “Gürcü Arzusu”nun siyahısında birinci idi və baş nazir postuna əsas namizəd sayılırdı.

Çorçana postu – II epizod
Keçmiş baş nazir 2019-cu il 24 avqustda Çorçana kəndində polis postunun qurulmasından sonra “təxminən 100 hektar meşə sahəsinin” işğal qüvvələrinin nəzarətinə keçməsinə görə də ittiham olunur.

Baş prokurorun sözlərinə görə, o vaxt həm də Milli Təhlükəsizlik Şurasının katibi olan Qaxaria qərarı baş nazir ilə razılaşdırmadan qəbul edib və nə Dövlət Təhlükəsizlik Xidmətinə, nə də Aİ-nin müşahidə missiyasına məlumat verməyib.

“Çorçana kəndi yaxınlığında işğal xətti boyunca əlavə polis postu qurmaq barədə qərarı təkbaşına qəbul edib... Nəticədə təxminən 100 hektar meşə sahəsi işğal qüvvələrinin nəzarəti altına düşüb, Xaşuri bələdiyyəsinin Qobi və Tsnelisi kəndlərinin bir hissəsi işğal olunmuş əraziyə çevrilib”, – deyə Qvarakidze bildirib.

Bu məsələ parlamentdə mübahisəli istintaq komissiyasında da gündəmə gətirilmişdi. Komissiya “Milli Hərəkat” partiyasının fəaliyyətini araşdırsa da, digər müxalifət liderlərini də ifadəyə çağırmış və gəlmədiklərinə görə onlara həbs cəzası verilmişdi.

Qaxaria 2 iyun tarixli ifadəsində demişdi ki, “hamı hər şeyi bilirdi” – Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, baş nazir və bütün aidiyyəti şəxslər. Onun sözlərinə görə, 2019-cu ilin avqustunda vaxt çox az idi, “dərhal hərəkət etmək” lazım idi, çünki söhbət 1800 hektarlıq meşə sahəsinin itirilməsindən gedirdi.

İttiham və cəza
Qiorqi Qaxariaya Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb:
  • Maddə 25, bənd 117, hissə 3, altbənd “m” – iki və ya daha çox şəxsə qəsdən sağlamlığa ağır zərər vurma;
  • Maddə 333, hissə 2 – vəzifə səlahiyyətlərini aşma.
Bu ittihamlara əsasən, ona 9 ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzası təhlükəsi var.

Prokurorluq məhkəmədən Qiorqi Qaxarianın barəsində həbs qərarı çıxarılmasını tələb edir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google