Kvareli merinin müavini, bələdiyyə məclisinin sədri və onun qardaşına ittiham irəli sürülüb
Prokurorluğun məlumatına görə, Kvareli Bələdiyyə Merliyi və Bələdiyyə Məclisi əməkdaşları arasında baş vermiş fiziki qarşıdurma faktı üzrə 3 nəfərə qarşı ittiham irəli sürülüb. Kvareli merinin müavini, məclis sədri və onun qardaşı 11 noyabrda saxlanılıblar.

Daxili İşlər Nazirliyinin istintaqı müəyyən edib ki, 8 oktyabrda, Kvareli şəhərində merin müavini Levan Qeladze Bələdiyyə Məclisi sədrinin qardaşı Nika Zautaşviliyə fiziki
zor tətbiq edib. Bundan az sonra Qivi və Nika Zautaşvililər birlikdə Levan Qeladzeyə qarşı zorakılıq ediblər.

Məlumata görə, Kvareli Bələdiyyə Məclisinin sədri və onun qardaşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsinin “b” bəndi (qrup halında zorakılıq) ilə ittiham olunublar. Bu maddə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Kvareli merinin müavini isə Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsi (iki epizod üzrə zorakılıq) ilə ittiham olunur, bu isə 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google