DİN yol hərəkəti qaydalarının pozulmalarına görə cərimələrin artırılması təşəbbüsünü irəsi sürüb
Gürcüstanın Daxili İşlər Nazirliyi parlamentə qanunvericilik dəyişikliklərinin paketini təqdim edib. Paketın əsas məqsədi yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin maksimum təmin olunmasıdır. Dəyişikliklər mövcud sanksiyaları ciddi şəkildə artırır və yeni inzibati qayda pozuntuları müəyyən edir.

Nazirliyin qeyd etdiyinə görə, artan mobillik fonunda yol təhlükəsizliyi hələ də çağırış olaraq qalır və buna görə də dövlət effektli addımlar
atmağa borcludur.

Əsas dəyişikliklər və artırılmış cərimələr:

Manevr qaydalarının pozulması: cərimə 100 lariyə qaldırılır. Bundan əlavə, sürücünün sürücülük vəsiqəsi üçün verilmiş balından 20 bal silinəcək.

Sürət həddinin aşılması (15–40 km/saat aralığında): sanksiya 50-dən 100 lariyə yüksəlir.

Təhlükəsizlik kəmərindən istifadə etməmək: cərimə 50 lari olacaq. Sürücüdən əlavə olaraq 10 bal da silinəcək.

Avtomobil idarə edərkən mobil telefon istifadəsi: cərimə 50 lariyə qaldırılır.

Regionlarda dayanma–durma qaydalarının pozulması: cərimə məbləği Tbilisidə olduğu kimi 50 lariyə qədər artırılır – böyük bələdiyyələrdə və kurortlarda (məs.: Kutaisi, Batumi, Rustavi, Poti, Zuqdidi və s.).

Avtobus zolağı (BUS LANE) və səkilərlə bağlı yeni sanksiyalar:

Qanunvericilik paketi ilə iki yeni mühüm qayda pozuntusu müəyyən olunub:

Avtobus zolağında (BUS LANE-də) əks istiqamətdə hərəkət: 200 lari cərimə tətbiq ediləcək.

Nəqliyyat vasitəsinin səki üzərində və ya piyada keçidində dayanması/durması: 100 lari cərimə tətbiq ediləcək. Bu halda avtomobil əlavə olaraq xüsusi mühafizə olunan duracağa (evakuatorla) aparılacaq.

Qanun dəyişiklikləri paketi müzakirə üçün artıq Gürcüstan Parlamentinə təqdim olunub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google