Gürcüstanda kənd təsərrüfatının ÜDM-də payı son 15 ilin minimumuna düşüb – qonşu ölkələrin göstəriciləri necədir?
Milli Statistika Xidmətinin məlumatları göstərir ki, kənd təsərrüfatının ümumi daxili məhsuldakı payı ildən-ilə azalır.
2024-cü ilin ilkin məlumatlarına əsasən, kənd təsərrüfatının ÜDM-də payı 6.2% təşkil edib ki, bu da son 15 ilin ən aşağı göstəricisidir. Qeyd edək ki, “Sakstat”ın məlumatları 2010-cu ildən etibarən mövcuddur.

Diqqətəlayiqdir ki, 2010–2024-cü illər ərzində kənd təsərrüfatının ÜDM-də ən yüksək payı
2011-ci ildə qeydə alınıb və 11% təşkil edib.
Son 15 ildə Gürcüstanda kənd təsərrüfatının ÜDM-də payı belə olub:



Qeyd edək ki, son məlumatlara görə, qonşu ölkələr arasında ÜDM-də kənd təsərrüfatının payı ən aşağı Rusiyada, ən yüksək isə Ermənistandadır.

Ermənistanda kənd təsərrüfatının ÜDM-də payı 2024-cü ildə 8.4%, əvvəlki ildə isə 8.9% olub. Ermənistanı 7.2% göstərici ilə Türkiyə izləyir (2023-cü ildə – 6.6%). Üçüncü yerdə isə Azərbaycandır – burada kənd təsərrüfatının ÜDM-də payı 2024-cü ildə 6.3% təşkil edib (2023-cü ildə – 6.1%).

Rusiyaya gəldikdə isə, ötən il kənd təsərrüfatının ÜDM-də payı cəmi 2.7% olub (2023-cü ildə – 3%).

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google