Ölkə üzrə narkotik cinayəti ittihamı ilə 50 nəfər saxlanılıb (VİDEO)
Daxili İşlər Nazirliyinin əməkdaşları son günlər ölkə üzrə həyata keçirdikləri əməliyyat zamanı narkotik cinayətlərinə görə 50 nəfəri saxlayıblar. Saxlanılanların əksəriyyəti narkotik satıcısıdır. Əməliyyat zamanı xüsusilə böyük miqdarda müxtəlif növ narkotik və psixotrop vasitələr müsadirə olunub.

Əməliyyat Mərkəzi Kriminal Polis, Tbilisi, Kaxeti, Acarıstan, İmereti, Sameqrelo–Yuxarı Svaneti, Quriya və Patrul Polis Departamentlərinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilib. Saxlananlar
arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var.

Onlara böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, satılması və satışına yardım göstərilməsi ittihamları irəli sürülüb.

Bu cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Aparılan gizli istintaq hərəkətləri nəticəsində audio və video qeydlər aparılıb. Saxlanılanların əksəriyyətinin müxtəlif üsullarla narkotik vasitə satdıqlarını təsdiqləyiblər.

Hüquq-mühafizə orqanları tərəfindən satış üçün hazırlanmış müxtəlif növ narkotik və psixotrop maddələr saxlanılan şəxslərin üzərində, evlərində aparılan axtarışlar zamanı, eləcə də istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən götürülüb.

Bundan əlavə, polis narkotiklərin qablaşdırılması üçün istifadə edilən materialları, qanunsuz satılmış narkotikləri və narkotik ticarətindən əldə olunduğu ehtimal edilən vəsaiti də müsadirə edib.

Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260¹, 260² və 261-ci maddələri ilə davam etdirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google