İrakli Qaribaşvilinin vəkilləri “TV Pirveli” ilə müsahibədə
təsdiqləyirlər ki, Tbilisidə, Mosaşvili küçəsində yerləşən keçmiş
baş nazirin mənzilinə qadağa qoyulub.
Amiran Qiquaşvilinin sözlərinə görə, o məhkəməyə vəsatətlə müraciət
edib ki, Qaribaşviliyə tətbiq olunan 1 milyon larilik girov əmlakla
əvəz edilsin.
“Vəkil olaraq məhkəməyə vəsatətlə müraciət etdim ki,
cənab İrakliyə tətbiq olunmuş təminat tədbiri qanuna uyğun olaraq
daşınmaz əmlakla əvəz edilsin. [Yalnız bu mənziləmi həbs qoyuldu?]
Bəli, bəli”, – vəkil Amiran Qiquaşvili “TV Pirveli”yə
deyir.
“TV Pirveli”yə müsahibəsində Qaribaşvilinin digər vəkili, Lili
Qelaşvili də təsdiqləyib ki, keçmiş baş nazir yaşadığı evi girov
qoyub. Onun sözlərinə görə, Qaribaşvilinin atasının evindən də heç
bir əşya götürülməyib.
“Həqiqətən də yaşadığı evi girov qoydu… Bir milyon
deyil, ondan daha yüksək qiymətləndirilib, məbləği də üstələyir,
amma həmin evi qoydu. Başqa formada və başqa şəkildə heç bir həbs
tətbiq olunmayıb. […] Nə saat, nə də bircə əşya belə – orada
göstərilən qızıl külçələr və insanların emosiyasına təsir etmək
üçün yayılan digər məlumatlar – hamısı yanlış təsəvvür yaratmaq
məqsədi daşıyırdı. Kimdən nə götürüldüyünə dair fərqləndirmə
aparılmadı. Bir dənə də olsun əşya götürülməyib – nə İrakli
Qaribaşvilinin evindən, nə də onun yaxınlarının, o cümlədən
atasının evinə daxil olanda”, – deyə Lili Qelaşvili
bildirir.
Onun sözlərinə görə, hazırkı mərhələdə prosessual razılaşma ilə
bağlı danışıqlar aparılmır.
24 oktyabrda Tbilisi Şəhər Məhkəməsinin hakimi Eka Barbakadze
İrakli Qaribaşvilinin barəsində qətimkan tədbiri olaraq 1 milyon
lari məbləğində girov təyin edib, onun pasportunu müsadirə edib və
ölkədən çıxmasına məhdudiyyət qoyub. Qaribaşvilinin girovu ödəməsi
üçün 30 gün müddət müəyyən edilib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.