Amerika investisiya şirkəti Carlyle, rus neft şirkəti Lukoil-in
xarici aktivlərinin alınmasını nəzərdən keçirir.
Bu barədə məlumatı Reuters məsələ ilə bağlı 3 mənbəyə istinadən
yayıb.
Agentliyin məlumatına görə, məsələ hazırda amerikanın fondu
daxilində ilkin müzakirə mərhələsindədir və şirkət ABŞ-dan
lisenziya almaq üçün müraciət etməyi planlaşdırır. Bu lisenziya ona
sövdələşməni başa çatdırmağa və aktivlərə lazımi yoxlamanı aparmağa
imkan
verəcək.
Mənbələrdən birinin sözlərinə görə, şirkət artıq Lukoil-i planları
barədə məlumatlandırıb, lakin hələ yekun qərar qəbul etməyib və
mümkündür ki, alışdan imtina etsin.
Carlyle Group özəl kapital, aktivlərin idarə olunması və maliyyə
xidmətləri sahəsində dünyanın ən böyük şirkətlərindən biridir.
Reuters-in məlumatına əsasən, Carlyle 474 milyard dollar dəyərində
aktivləri idarə edir.
1987-ci ildə Vaşinqtonda, Kolumbiya dairəsində əsası qoyulan şirkət
2023-cü ilin dekabrına olan məlumata görə, dörd qitədə yerləşən 28
ofisdə təxminən 2 200 əməkdaşa malikdir. 2012-ci ilin mayında
Carlyle NASDAQ fond birjasında ticarətə başladı. Carlyle beş
tərəfdaş tərəfindən butik investisiya bankı kimi yaradılıb. Bunlar:
Uilyam E. Konvey (kiçik), Stiven L. Norris, Devid Rubenşteyn,
Deniel A. D’Anielo və Qreq Rozenbaumdur. Təsisçi tərəfdaşlar
şirkətə Nyu-Yorkda yerləşən və Tomas Karlylinin adını daşıyan
“Carlyle” otelinin adını veriblər – məhz həmin oteldə Norris və
Rubenşteyn yeni investisiya biznesinin yaradılmasını
planlaşdırmışdılar.
Lukoil xarici aktivlərini 21 noyabra qədər satmalıdır — məhz həmin
gün sövdələşmələrin tamamlanması üçün ABŞ Maliyyə Nazirliyi
tərəfindən verilmiş lisenziyanın müddəti başa çatır.
Məlumat üçün: Lukoil dünya neftinin təxminən 2%-ni hasil edir ki,
buna həm ölkədaxili, həm də beynəlxalq hasilat daxildir. Onun
beynəlxalq aktivləri qlobal neft istehsalının 0.5%-dən çoxunu
təşkil edir və 2024-cü ilin məlumatına görə, təxminən 22 milyard
dollar dəyərində qiymətləndirilir. Lakin Moskvada Lukoil səhmləri
artıq ardıcıl dörd həftədir ki, düşür — bu proses ABŞ-ın ötən ay
sanksiya tətbiq etməsindən və şirkətin xarici aktivlərinin Gunvor-a
satılması planının pozulmasından sonra başladı. Lukoil səhmlərinin
qiyməti 4 900 rubla (61 dollar) qədər enib ki, bu da son 2.5 ilin
ən aşağı göstəricisidir. Şirkətin səhmləri bir gün ərzində 4.6%,
həftənin əvvəlindən 7.4%, 23 oktyabrdan — sanksiyalar tətbiq edilən
gündən bəri isə 18.6% ucuzlaşıb. Nəticədə Rusiyanın ən böyük özəl
neft şirkətinin bazar kapitallaşması 777 milyard rubl (təxminən 10
milyard dollar) azalıb.
Lukoil Avropada üç neftayırma zavoduna, Qazaxıstan, Özbəkistan,
İraq, Meksika, Qana, Misir və Nigeriyada yerləşən yataqlarda isə
paylara malikdir. Şirkət, həmçinin, ABŞ da daxil olmaqla, dünyanın
müxtəlif ölkələrində yüzlərlə yanacaqdoldurma məntəqəsini idarə
edir. Xarici neftayırma zavodları, Lukoil-in ümumi emal gücünün
dörddə birini təşkil edən 5 000 yanacaqdoldurma məntəqəsi
şəbəkəsini təmin edir.
Bununla belə, Qərbi Avropadan Latın Amerikasına qədər 11 ölkədə
fəaliyyət göstərən Lukoil xarici bazarlarda demək olar ki, tam
paraliz olub. Xüsusilə:
- İraqda, “Western Qurna-2” yatağında şirkət nə nağd pul, nə də
neft formasında ödəniş ala bilir;
- Finlandiyada şirkətə məxsus Teboil yanacaqdoldurma şəbəkəsi
yanacaqsız qalıb;
- Lukoil-in ticarət bölməsi – İsveçrədə qeydiyyatda olan Litasco
tanker icarəsi və ödənişlərin işlənməsi imkanını itirib;
Hindistan və Çin neftayırma zavodları Lukoil neftini almaqdan
imtina edirlər.
Bundan əlavə, sanksiyalar səbəbindən Lukoil-in aktivləri ABŞ
sanksiyalarına qoşulmuş ölkələrin hökumətləri tərəfindən müsadirə
oluna bilər — tıpkı Almaniyanın ölkədəki “Rosneft” aktivlərini
faktiki olaraq konfiskasiya etməsi kimi. Nəticədə Lukoil öz
karbohidrogen hasilatının 15–17%-ni itirə bilər.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.