Noyabrın 14-də səhər saatlarında Bakı metrosunun "Cəfər Cabbarlı"
stansiyasında qapılar bağlanıb.
"Bakı Metropoliteni" QSC bunu "Cəfər Cabbarlı" stansiyasına bitişik
yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə ilə izah
edib.
Açıqlamaya görə, tüstülənmənin nəticələrinin sərnişinlərə
təsirlərinin qarşısını almaq məqsədilə "Cəfər Cabbarlı"
stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb,
havalandırma sistemi sovurma rejiminə keçirilib.
Saat 10:00 radələrində qapıların açıldığı
bildirilib.
Bakı metrosunun stansiyaları daxilində ticarət obyektlərinin
fəaliyyət göstərməsi zaman-zaman bəzi sərnişinlərin şikayətlərinə
səbəb olub. Hətta bu ticarət obyektlərinin fəaliyyətinin şəffaf
olub-olmaması da müzakirə mövzusuna çevrilib.
Xatırlatma
Metrolar tarixində ən böyük faciələrdən biri də elə Bakı metrosunda
1995-ci il oktyabrın 28-də baş verib. Onda "Ulduz" və "Nərimanov"
stansiyaları arasında qatarda yanğın baş verdiyi açıqlanmışdı. Bu
qəza zamanı üç xilasedici daxil 289 nəfər həlak olub. Yanğının
səbəbi elektrik nasazlığı hesab edilir, lakin sabotaj ehtimalı da
müzakirə olunurdu.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.