Xülasə
- Timur Mindiçlə bağlı korrupsiya qalmaqalı onun
keçmiş biznes ortağı, prezident Volodimir Zelenski böyük siyasi
risk yaradır.
- Mindiç və digər şübhəlilər enerji kontraktlarından
milyonlarla dollar rüşvət tələb etməkdə ittiham olunurlar. Zelenski
onlara sanksiya tətbiq edib.
- Bu qalmaqal Zelenski hökumətinə inamı sarsıda bilər –
həm ölkədə, həm də xaricdə.
Ukraynanı çalxalayan korrupsiya qalmaqalının mərkəzi fiquru Timur
Mindiç prezident Volodimir Zelenskinin köhnə dostu, keçmiş biznes
ortağıdır. Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, polis onun
evində axtarış aparmazdan bir qədər öncə Mindiç ölkəni tərk
edib.
İddialara görə, prokurorlar məhkəməyə deyiblər ki, onlarda
istintaqın digər hədəflərindən biri, ədliyyə naziri Qerman
Qaluşşenko ilə
Zelenskinin telefon söhbətinin yazısı var.
Qaluşşenko həmin vaxt Mindiç və Oleksandr Tsukerman ilə qrup zəngi
edirmiş. Sonuncu da işdə şübhəli sayılır, o da ölkədən çıxıb.
Zelenski istintaqa cəlb olunmayıb. AzadlıqRadiosunun redaktoru Stiv
Qutterman yazır ki, onun Mindiç ilə əlaqələri bu qalmaqalın 2019-cu
ildə prezident seçilməsindən bəri Zelenskinin üzləşdiyi ən böyük
problemə çevrilməsinin səbəblərindən yalnız biridir.
Zelenski Mindiç ilə birgə sahib olduğu "Kvartal 95" şirkətinin
televiziya şousunda prezident rolunu oynayanda siyasətdə təcrübəsiz
idi.
Sonradan seçkidə platformasının əsas hissəsini sülh səyləri
tuturdu. O zaman rusiyayönlü və Kiyev əleyhdarı qüvvələrlə şərqi
Donbas bölgəsində müharibə alovlanmaqda idi. Rusiyanın 2022-ci ilin
fevralında genişmiqyaslı işğala başlaması isə siyasəti arxa plana
keçirdi, Zelenskini sülh dövrü liderinin üzləşməli olacağı
sınaqlardan qorudu.
Birincisi, Ukraynanın konstitusiyası hərbi vəziyyət dövründə
seçkiləri qadağan edir; işğalın ilk günündən bu rejim qüvvədədir.
Ən vacibi, ukraynalılar Rusiyanın hücumuna qarşı güclü birlik
sərgiləyiblər. Bu isə Zelenskinin dirənişinə sıx bağlı fenomendir.
Baxmayaraq ki, bir çox kənar müşahidəçilər Rusiyanın hücumunun
ölkəni tez bir zamanda diz çökdürəcəyinə inanırdılar.
Bu arada zaman-zaman siyasi qüsurlarla bağlı narazılıqlar üzə
çıxıb. Məsələn, Zelenski ilə ovaxtkı baş komandan, general Valeri
Zalujnı arasında gərginlik 2023-cü ildə açıq-aşkar dərinləşdi.
Sonucda populyar komandan vəzifədən kənarlaşdırıldı, seçkilər
keçirilərsə, prezidentliyə namizəd ola biləcəyi ehtimalları ortaya
çıxdı.
"Nəzarətə gəlməyən siyasi böhran"
"Midas əməliyyatı" adlı korrupsiya işinin miqyası o qədər böyükdür
ki, siyasi çalxalanma riskini də xeyli yüksəldir.
Ukraynalı politoloq Volodimir Fesenko AzadlıqRadiosunun Ukrayna
xidmətinə bildirib ki, qalmaqal ani nəticələrlə yanaşı, gələn il
müxtəlif daxili siyasi münaqişələrin və situasiyaların
hərəkətverici qüvvəsinə çevrilə bilər, özəlliklə də müharibə
bitərsə və seçkilər keçirilərsə.
Zelenskiyə siyasi riski təkcə Mindiç və istintaqa cəlb olunan digər
şəxslərlə əlaqələri yaratmır. Qətiyyən.
Zelenskiyə və hökumətinə inamı ciddi sarsıda biləcək başqa amillər
də var – ölkənin şərqindəki cəbhədə döyüşən əsgərlərdən tutmuş,
qərbdə Kiyev tərəfdarlarına, eləcə də ölkə daxilində və xaricindəki
ukraynalılara qədər.
Qalmaqal isə birbaşa müharibə ilə, hökumətin əsas öhdəliyi –
vətəndaşların qorunması ilə bağlıdır, həm də Rusiyanın ölkədə
enerji infrastrukturuna amansız hücumları fonunda üzə çıxıb.
Şübhəlilər "Energoatom" dövlət atom elektrik stansiyaları
operatorunun özəl subpodratçılarından 10-15 faiz rüşvət tələb
etməkdə ittiham olunurlar. Buraya enerji obyektlərini qorumaq üçün
tikililərin inşası ilə bağlı müqavilələrin də daxil olduğu
əlamətləri var. İddia olunan korrupsiyanın ümumi dəyəri təxminən
100 milyon dollardır.
NABU və SAPO
Diqqətçəkən daha bir məqam – Milli Antikorrupsiya Bürosu (NABU) və
İxtisaslaşdırılmış Antikorrupsiyaya Prokurorluğu (SAPO) bu işi 15
aydır araşdırırmış, bu həftə ictimailəşdirilib. Bu isə Zelenski və
müttəfiqlərinin iyulda bu iki agentliyinin müstəqilliyini
məhdudlaşdırmaq səylərini yenidən gündəmə gətirib, Kiyevin
istintaqı dayandırmağa çalışmasına dair şübhələr yaradıb. O zaman
küçə etirazları Zelenskini geri çəkilməyə vadar etdi. Bu dəfə isə
nümayişlər gözə dəymir.
Rusiya atəşkəs çağırışlarını rədd edir, müharibənin sonu görünmür.
S.Qutterman yazır ki, bu qalmaqal Avropa və ABŞ-də siyasətçilərə
"yem" ola bilər, axı onlar Ukraynaya yardıma qarşı arqumentlərini
korrupsiyadan narahatlıqla əsaslandırırdılar. Bu, həm də Kiyevin
Moskvaya ərazi güzəştə getməsi üçün təzyiqlə nəticələnə bilər.
Zelenski özünü Mindiçdən, digər yeddi şübhəlidən kənar tutub.
Noyabrın 13-də isə Mindiç və Tsukermana sanksiyalarla bağlı
sərəncam imzalayıb. O, "Bloomberg"ə müsahibəsində təhqiqat elan
ediləndən Mindiçlə danışmadığını deyib.
İnam məsələsi
Qaluşşenko, enerji naziri Svetlana Qrinçuk istefa veriblər, amma
yanlışa yol vermədiklərini deyirlər.
Baş nazir Yuliya Sviridenko deyib ki, dövlət şirkətlərinin
hamısında audit aparılacaq.
Zelenski Qərbi də rahatlamağa çalışıb. Almaniya kansleri Fridrix
Mertslə telefon söhbətində tam şəffaflıq, antikorrupsiya
qurumlarına dəstək vəd edib.
Amma bunun yetərli olub-olmadığını zaman göstərəcək. Mindiç və
Tsukerman Ukraynaya qayıdıb məhkəməyə çıxarılacaqmı, hökumət
korrupsiyanın kökünü kəsmək üçün hansı işlər görəcək və s.
Amma indilik elə bu qalmaqalın ortaya çıxması Zelenski üçün ən
yaxşı arqument ola bilər - Rusiyada, sərt nəzarət altında olan
başqa bir ölkədə bunun baş verməsi real görünmür.
Araşdırmaçı-jurnalist Yuri Nikolov deyir ki, bu korrupsiya,
Qaluşşenko, Mindiç barədə illərdir danışır.
"Sonuc
uzaqdan görünürdü, amma hakimiyyətin diqqətindən necəsə yayınırdı.
Məncə, bunun özü böyük bir rahatlıqdır ki, dünyaya təkcə
korrupsiyamızın olduğunu deyil, onunla savaşdığımızı da
göstərir", – o, AzadlıqRadiosunun rusdilli "Current
Time" layihəsinə deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.