Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, TRIPP layihəsinin
gerçəkləşməsi üçün ilk addım yazılı normativ bazanın
yaradılmasıdır.
Bu bazanın ilk mərhələsi isə avqustun 8-də Vaşinqtonda imzalanan
bəyannamədir.
Paşinyan noyabrın 14-də "Sülh kəsişməsi: regional
kommunikasiyaların inkişafı" adlı konfransda çıxış edib.
TRIPP, başqa sözlə, "Tramp yolu" Azərbaycanı Ermənistandan keçərək
Naxçıvan eksklavı ilə birləşdirəcək marşrutdur.
Paşinyan deyib ki, ABŞ və Ermənistan birgə hüquqi şəxsi təsis
edəcəklər. Bu birgə şirkəti direktorlar şurası idarə edəcək, həmin
şurada Ermənistan
və ABŞ təmsil olunacaq. Paşinyan strateji
əhəmiyyətli məsələlərdə Ermənistana həlledici səs hüququ
veriləcəyini təsdiqləyib.
Baş nazir ekspert qrupunda bir sualın müzakirə olunduğunu deyib:
Ermənistanda fəaliyyət göstərən hər hansı qurum TRIPP marşrutunun
keçəcəyi ərazilərdə hansısa məhdudiyyətlərlə üzləşəcəkmi?
"Azatutyun" yazır ki, Paşinyan bu suala "xeyr" cavabını verib.
O əlavə edib ki, tikinti hüququnun müddəti başa çatanda torpaq
sahəsindəki əmlak Ermənistanın mülkiyyətinə keçir, torpaq isə
həmişə Ermənistanın mülkiyyətində qalır. Paşinyan hazırda tikinti
hüququnun verilməsi üçün iki ssenarinin müzakirə olunduğunu
söyləyib: 99 illik və 49 illik. Paşinyan bu müddəti
investisiyalarla əlaqələndirib:
"Desək ki, bu torpağı
beş illik veririk, heç kim pul yatırmayacaq, çünki bu investisiyanı
beş ilə geri qaytarmaq real deyil".
13 noyabr
Paşinyan: TRIPP-in tikintisi gələn il başlayacaq
Ermənistanın cənubundakı strateji Sünik regionunda Beynəlxalq Sülh
və Firavanlıq üçün Tramp Marşrutunun (TRIPP) tikintisinə 2026-cı
ilin ikinci yarısında başlanacaq. Bunu ölkənin baş naziri Nikol
Paşinyan noyabrın 12-də deyib.
Paşinyan parlamentdə layihə üçün yol xəritəsini təqdim edib.
"Ermənistan hakimiyyəti müəyyən gecikmələr olsa da, qrafikə əməl
etməyi hədəfləyir", – o vurğulayıb.
Baş nazirin sözlərinə görə, layihənin detalları ilə bağlı
razılaşmalar 2026-cı ilin birinci yarısında yekunlaşdırılacaq və
ilin ikinci yarısında tikinti işlərinə başlanacaq.
TRIPP üzrə razılaşma bu ilin avqustunda Ağ evdə Azərbaycanla
sammitdə əldə olunub. ABŞ prezidenti Donald Tramp layihəyə adını
verərək bəyannaməni şahid qismində imzalayıb. Bəyannaməyə əsasən,
Ermənistan Azərbaycanla onun Naxçıvan eksklavı arasında "maneəsiz
əlaqə" təmin etməyi üzərinə götürür, bunun qarşılığında Ermənistana
"beynəlxalq və ölkələrarası kommunikasiyadan qarşılıqlı faydalar"
vəd olunur.
Paşinyan parlamentdə TRIPP layihəsi çərçivəsində bəzi infrastruktur
planlarından danışıb. O deyib ki, dəmir yolu sovet dövründə
istifadə olunan marşrut üzrə çəkiləcək, çünki yeni istiqamət üzrə
inşa etmək real deyil. Qaz kəməri dəmir yolundan xeyli şimalda
yerləşəcək, elektrik xətləri də həmin istiqamətdə çəkiləcək.
Avtomobil yollarına gəlincə, əsas magistral yolların mövcud
Şimal-Cənub avtomagistral şəbəkəsinə inteqrasiya ediləcəyi
gözlənilir. Neft kəmərinə gəlincə isə o, planların hələ
təsdiqlənmədiyini və bunun qismən beynəlxalq neft qiymətlərindən
asılı olacağını bildirib.
Paşinyan layihənin sürətlə gerçəkləşdiriləciyini bildirib.
Sərhəd bəzi yerlərdə infrastruktura uyğun demarkasiya edilə
bilər
Baş nazirin müavini Mher Qriqoryan isə bildirib ki, TRIPP
layihəsinə görə Ermənistan və Azərbaycan bəzi sərhəd hissələrini
qeyri-adi qaydada demarkasiya edə bilər: "Hər iki tərəfdə
demarkasiya prosesini davam etdirməyə maraq var. İnfrastrukturun
yerləşəcəyi məkan, onun yerinə uyğun sərhədin hansı hissələrinin
demarkasiya olunması ilə bağlı spesifik danışıqlar aparılır".
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ermənistan
parlamentindəki əsas müxalifət fraksiyaları hökumət üzvləri ilə
keçirilən iclası boykot ediblər. Onların mövqeyincə, Vaşinqton
razılaşmaları çərçivəsində Ermənistan Sünikdəki yollar üzərində
suverenliyini itirib, Azərbaycandan heç nə əldə etmir. Onlar
Yerevanla Bakının parafladığı sülh sazişinə də skeptik yanaşırlar,
deyirlər ki, hökumət güzəştləri davam etdirdikcə bu sənəd real sülh
gətirməyəcək.
Paşinyan və hökuməti tənqidləri qəbul etmir. Onlar TRIPP-in
Ermənistanın yurisdiksiyası altında qalacağını, ölkənin
suverenliyini və ərazi bütövlüyünü pozmadığını deyirlər. Hökumət
bildirir ki, ABŞ-nin nəzarəti altında gerçəkləşəcək layihə
regiondaxili kommunikasiyanı genişləndirəcək, Azərbaycan üzərindən
tranzit imkanları vasitəsilə Ermənistana iqtisadi faydalar
gətirəcək.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.