Təhsil naziri Pekində Çin dili üzrə Dünya Konfransında iştirak edir

Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Qivi Mikanadze, Çin Xalq Respublikasının təhsil naziri Huay Dzinfenqin dəvəti ilə 14–16 noyabr tarixlərində Pekində keçirilən Çin dili üzrə Dünya Konfransında iştirak edir.



Bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.

Nazir konfransın açılış mərasimində iştirakçılara müraciət edərək bildirib ki, Gürcüstan və Çin arasında dostluq münasibətləri stabil şəkildə inkişaf edir və
bu, təhsil və elm sahələrinə də müsbət təsir göstərir.

“Gürcüstan və Çin arasında mövcud olan səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək və biz təhsil, elm və innovasiya istiqamətləri üzrə bir sıra birgə layihələri həyata keçirəcəyik. Konfrans fikir və ideyaların mübadiləsi üçün yaxşı imkan yaradır ki, bu da həm bizim, həm də iştirakçı ölkələrin təhsil sistemlərinin yaxşılaşdırılması baxımından vacibdir,” – deyə Qivi Mikanadze çıxışı zamanı bildirib.

Məlumat üçün qeyd edək ki, son illərdə “Gürcü Arzusu” hökuməti Çinlə əməkdaşlığı müxtəlif istiqamətlər üzrə daha da genişləndirir. O cümlədən təhsil sahəsində — Çin və Gürcüstanın təhsil nazirlikləri ali təhsildə keyfiyyət və sertifikatların qarşılıqlı tanınması barədə saziş imzalayıblar.

Bundan əlavə, Təhsil Nazirliyi məktəblərdə Çin dilinin ikinci xarici dil kimi tədrisinin təşviqi məqsədilə ibtidai və əsas pillə üçün Çin dili proqramı üzərində işə başlayıb.

Hazırda Çin dili Gürcüstanın 24 məktəbində (13 dövlət və 11 özəl məktəb) tədris olunur.


Mənbə: BM


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google