Çin aviaşirkəti Air China Gürcüstan və Çin paytaxtları arasında
müntəzəm hava əlaqəsini açır.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində olan
Gürcüstan Mülki Aviasiya Agentliyinə təqdim olunmuş müraciətə
əsasən, Pekin–Tbilisi reysləri bu ilin 2 dekabrından, Urumçi şəhəri
üzərindən həyata keçiriləcək.
İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, iki paytaxt arasında
birbaşa hava əlaqəsinin açılması Gürcüstan–Çin münasibətlərinə
müsbət təsir göstərəcək. Tbilisi–Pekin
reysləri həftədə 2 dəfə, hər
çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək. Gürcüstan Mülki
Aviasiya Agentliyi bu gün Air China aviaşirkətinə fəaliyyət
göstərmək üçün rəsmi icazə verib.
Qeyd olunur ki, Air China Gürcüstan bazarına 2024-cü ilin
dekabrında daxil olub. Hazırda şirkət Tbilisi ilə Urumçi arasında
həftədə iki reys yerinə yetirir və cari ilin 10 ayı ərzində 25 035
sərnişin daşıyıb.
Mənbə: BM
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.