Ətraf Mühitin Mühafizəsi Departamenti qeyri-qanuni meşə istifadəsi ilə bağlı 14 fakt aşkarlayıb
Ətraf Mühitin və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları qeyri-qanuni meşə istifadəsinə qarşı mübarizə çərçivəsində Kaxeti, Mtsxeta-Mtianeti, Samtsxe-Cavaxeti və Acarıstanda ağac materiallarının qanunsuz əldə edilməsi və daşınması ilə bağlı 14 fakt müəyyən ediblər.

Qanun pozuntuları Kvareli, Saqareco, Telavi, Laqodexi, Axmeta, Tianeti, Duşeti, Borjomi, Şuaxevi, Xulo və Kobuleti bələdiyyələrində qeydə alınıb.

"Vətəndaşlar əsasən dövlət meşə fondundan
qanunsuz əldə edilmiş ağac materiallarını qanunsuz şəkildə daşıyırdılar",
– məlumatda deyilir.

Ümumilikdə 26 kubmetrdən artıq həcmi olan müxtəlif növ odun və 21 ədəd nişanlanmamış dairəvi ağac (şalban) müsadirə edilib.

Materiallar müvafiq qurumlara əlavə reaksiya verilməsi üçün göndərilib.

Departament bildirir ki, qanunsuz meşə istifadəsinə qarşı mübarizə prioritet istiqamətdir. Bu ilin 10 ayı ərzində ölkə üzrə qeyri-qanuni meşə istifadəsi ilə bağlı 1380 fakt aşkarlanıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google