Miqrasiya Departamentinin əməkdaşları xüsusi nəzarət tədbiri nəticəsində 30 xarici vətəndaşı saxlayıb
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti xüsusi immiqrasiya nəzarəti tədbiri həyata keçirib.

Əldə olunmuş məlumatlar əsasında departamentin əməkdaşları bir neçə ünvanda yoxlama aparıb. Məqsəd Gürcüstanda qalmaq üçün qanuni əsasları olmayan xarici ölkə vətəndaşlarını aşkar etmək olub.

Kompleks tədbir nəticəsində ümumilikdə 30 xarici vətəndaş saxlanılıb. Onlar Hindistan, Çin, Nigeriya, Türkiyə, Pakistan, Kamerun, Sudan,
Nepal, Keniya və Şri-Lanka vətəndaşlarıdır. Araşdırmalar göstərib ki, həmin şəxslər ölkədə “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq qalırdılar.

Hazırda adıçəkilən şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlama Mərkəzində yerləşdirilib və onların ölkədən çıxarılması ilə bağlı prosedurlar davam edir.

Miqrasiya Departamenti, “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun effektiv icrasını təmin etmək məqsədilə immiqrasiya nəzarəti tədbirlərini mütəmadi şəkildə həyata keçirir.



Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.


Print Email
FaceBook Twitter Google