Qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin çərçivəsində Daxili
İşlər Nazirliyinin Miqrasiya Departamenti xüsusi immiqrasiya
nəzarəti tədbiri həyata keçirib.
Əldə olunmuş məlumatlar əsasında departamentin əməkdaşları bir neçə
ünvanda yoxlama aparıb. Məqsəd Gürcüstanda qalmaq üçün qanuni
əsasları olmayan xarici ölkə vətəndaşlarını aşkar etmək olub.
Kompleks tədbir nəticəsində ümumilikdə 30 xarici vətəndaş
saxlanılıb. Onlar Hindistan, Çin, Nigeriya, Türkiyə, Pakistan,
Kamerun, Sudan,
Nepal, Keniya və Şri-Lanka vətəndaşlarıdır.
Araşdırmalar göstərib ki, həmin şəxslər ölkədə “Xaricilərin və
vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun
tələblərini pozaraq qalırdılar.
Hazırda adıçəkilən şəxslər Miqrasiya Departamentinin Müvəqqəti
Saxlama Mərkəzində yerləşdirilib və onların ölkədən çıxarılması ilə
bağlı prosedurlar davam edir.
Miqrasiya Departamenti, “Xaricilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquqi statusu haqqında” qanunun effektiv icrasını təmin
etmək məqsədilə immiqrasiya nəzarəti tədbirlərini mütəmadi şəkildə
həyata keçirir.
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.