Acarıstanda böyük miqdarda narkotik maddə aşkarlanıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları, xüsusilə böyük həcmdə narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışında şübhəli bilinən, 1993-cü il təvəllüdlü L.K.-nı Batumidə saxlayıblar.

Şübhəlinin üzərinə baxış zamanı polis əməkdaşları satış üçün nəzərdə tutulmuş, böyük miqdarda – ümumilikdə 44 bağlamaya bükülmüş 124 qram “alfa-PVP” adlı narkotik maddəni maddi sübut kimi götürüblər.

Qanunvericiliyə əsasən, bu cinayət 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin altıncı hissəsinin “a” bəndi və 260³-cü maddənin müvafiq müddəaları ilə aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google