22 müstəqil onlayn medianı dəstəkləmək üçün bir sıra kitab
nəşriyyatları Tbilisi Kitab Günləri çərçivəsində keçirilən “İşıq
sönməməlidir” kampaniyasına qoşulublar.
Tbilisi Kitab Günlərində iştirak edən oxucular 12 nəşriyyatın
kitablarını alaraq müstəqil mediaya dəstək göstərə bilərlər.
“Mediya işıq” tərəfindən yayılan açıqlamada bildirilib ki,
aşağıdakı kitabları almaqla müstəqil mediaya kömək etmək
mümkündür:
- Matarebeli Nəşriyyatı – Matarebeli Komiksləri və
nəşriyyatın istənilən kitabı və ya digər məhsulu.
- Ziari Press – Adam Zamoskinin “Varşava 1920 – Rusiyanın
Avropada Məğlubiyyəti”.
- Meduza Books – Gürcü müəlliflərinin
kitabları.
- Vakı Kitabları – mağazada təqdim olunan istənilən
kitab.
- Aloni Nəşriyyatı – Naira Qelaşvilinin uşaq
kitabları.
- Sulakauri Nəşriyyatı – Gürcü nəsri.
- Intellekt Nəşriyyatı – “Magnum Opus”
seriyası.
- Palitra L Nəşriyyatı – “Litere Inventes”.
- Moubary Books – nəşriyyatın istənilən
kitabı.
- Dioqene Nəşriyyatı – “Dioqene NONFICTION”
seriyası.
- Siesta Nəşriyyatı – Vatslav Havelin “Gücsüzlərin
Gücü”.
- Düşüncə Akademiyası Nəşriyyatı – nəşriyyatın istənilən
kitabı.
- Vaso Quleuri, Palitra L – “Yuxuda İtmiş Oğlanın
Hekayəsi”.
- Lela Tsutskiridze, Palitra L – Uşaq
kitabları.
“İşıq Sönməməlidir” kampaniyası 22 müstəqil onlayn medianın birgə
təşəbbüsüdür və məqsədi müstəqil medianın müdafiəsində tərəfdarları
birləşdirməkdir. Onlara sinatle.media platformasında bir hesab
vasitəsilə pul köçürərək də dəstək olmaq mümkündür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.