Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixeil
Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edib,
ondan Rusiya-Ukrayna müharibəsinin mülki əsirləri siyahısına
salınmasını, mümkün olanda dəyişdirilməsini xahiş edib. O,
müraciətində Ukrayna vətəndaşı olduğunu, əvvəllər Zelenskinin
rəhbərlik etdiyi Milli İslahatlar Şurasında çalışdığını
vurğulayıb.
"Bilirəm ki, ukraynalılar özlərininkini tərk etmirlər,
ümidim sizədir", – Saakaşvili deyib.
Gürcüstanın keçmiş prezidentinə 2015-ci ildə Ukraynanın
ozamankı
prezidenti Petro Poroşenkonun fərmanı ilə vətəndaşlıq verilib.
Poroşenko onu Odessa vilayət administrasiyasının rəhbəri təyin
edib. İki ildən sonra Poroşenko ilə Saakaşvilinin münasibətləri
pozulub, Ukrayna prezidenti Saakaşviliyə vətəndaşlıq verilməsi
haqda fərmanın qüvvəsini dayandırdı. Saakaşvilinin 2021-ci ilədək
Ukraynaya girişi də qadağan edilib.
Zelenski prezident seçiləndən az sonra, 2019-cu ilin mayında
Ukrayna vətəndaşlığını Saakaşviliyə qaytarıb, onu islahatların
icrası komitəsinin rəhbəri təyin edib.
2021-ci ildən həbsdə, ittihamların ardı gəlir
2021-ci ilin sentyabrında Saakaşvili Rusiyaya yaxın "Gürcü Arzusu"
partiyasının idarə etdiyi Gürcüstana qayıdıb. O, dərhal həbs
olunub, bir neçə cinayət işi üzrə məhkum edilib. Keçmiş prezident
2034-cü il aprelin 1-dək həbsdə qalmalıdır.
2025-ci il noyabrın 6-da Gürcüstan hökuməti Saakaşvili barəsində
yeni cinayət işi açıb, bu dəfə dövlət hakimiyyətinin devrilməsinə
çağırış maddəsi ilə. İstintaqın versiyasına görə, həbsdə olan
siyasətçi sosial şəbəkələrdəki səhifələrində, videomüraciətlərində
tərəfdarlarını mübarizəyə və aqressiv müqavimətə, hökumət
binalarını ələ keçirməyə, rejimi devirməyə çağırıb.
Noyabrda Saakaşvili zəhərlənmədən müalicə olunduğu klinikadan
həbsxanaya qaytarılıb.
Ukrayna hakimiyyəti dəfələrlə Gürcüstanı Saakaşvilini müalicə üçün
Kiyevə təhvil verməyə çağırıb. Saakaşvili özü isə 2021-ci ildə
Zelenskiyə məktub yazaraq özünü "faktiki olaraq Putinin şəxsi
əsiri" adlandırıb.
"Gürcüstanımı həyatımdan çox sevirəm, amma Ukraynanı,
həyatımın çox ilini keçirdiyim, ailəm, dostlarım olan,
vətəndaşlığına böyük dəyər verdiyim ikinci vətənimi də çox sevirəm.
Sizin gerçəkləşdirdiyiniz tarixi dəyişikliklərə və islahatlara
kiçik də olsa, töhfə verdiyim üçün ömrüm boyu qürur duyacağam.
Çünki mən faktiki olaraq Putinin şəxsi əsiriyəm və sizin Ukraynanı,
bütün regionu və imperiyanın bütün əsirlərini müdafiə etmək üçüm
göstərdiyiniz prinsipial mövqeyi çox yüksək
qiymətləndirirəm", – o bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.