Rusiyada müxalifətçi qiyabi olaraq 6 il həbsə məhkum edilib
Rusiyanın İkinci Qərbi Dairə Hərbi Məhkəməsi müxalifətçi Leonid Qozmanı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edib. Siyasətçi xarici nəşrə müsahibəsində terrorçuluğa haqq qazandırmaqda təqsirli bilinib. Xəbəri "Mediazona"nın müxbiri məhkəmə zalından verib.

Qozman barədə ordu haqqında "saxta məlumatlar" işi üzrə daha öncə də qiyabi hökm çıxarılmışdı. Bu hökm də nəzərə alınmaqla, ona ümumilikdə 10 il azadlıqdan
məhrumetmə cəzası kəsilib. Prokurorluq terrorçuluğa haqq qazandırma maddəsi üzrə 6 il, ümumilikdə isə 11 il tələb etmişdi.

Siyasətçiyə ittiham onun "Bild на русском" nəşrinə müsahibəsi ilə əlaqədar verilib. İstintaqın versiyasına görə, müsahibədə o, Moskvaya PUA hücumlarını və Krım körpüsünün partladılmasını alqışlayıb. Vəkillər Qozmana bəraət tələb edirdilər.

Siyasətçi 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra ölkəni tərk edib. 2024-cü ildə onun həyat yoldaşı Marina Yeqorova Moskvada saxlanılıb və mədəni dəyərlərin qaçaqmalçılığı maddəsi ilə ittiham olunub. O, Rusiyadan ona miras qalmış yemək dəstlərini aparmaq istəyirdi. Yeqorova bir ildən çox ev dustaqlığında qalıb. Noyabrın əvvəlində Qozman onun Rusiyanı qanuni şəkildə tərk etdiyini bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google