Əliyev və Zelenski səfirliyin ərazisinə raket zərbəsini pisləyiblər [Video]
22:19 / 15.11.2025
Noyabrın 14-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycandan
olan həmkarı İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat
yayıb.
Məlumata görə, dövlət başçıları Azərbaycanın Ukraynadakı
səfirliyinin inzibati binasının növbəti dəfə Rusiyanın raket
zərbəsinə məruz qalmasını qınayıblar.
Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, diplomatik
nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu
vurğulayıb.
Telefon
söhbəti zamanı Zelenski Azərbaycanın Ukraynaya humanitar
dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin, ikitərəfli əlaqələrə dair fikir
mübadiləsi aparıblar.
Azərbaycan Rusiyaya nota verib
Noyabrın 14-də Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN)
çağırılıb.
XİN-in açıqlamasına görə, görüş zamanı noyabrın 14-də təqribən gecə
saat 1:00-da Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları
nəticəsində "İsgəndər" tipli raketlərdən birinin Azərbaycan
səfirliyinin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib
və müvafiq nota təqdim edilib: "...Səfirliyin
ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı,
konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və
səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik
nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu
zərbənin insan tələfatına səbəb olmadığı
bildirilib".
Vurğulandığına görə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd
olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb:
"Xüsusilə, 2022-ci il martın 10-da Azərbaycanın Xarkov
şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində
inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti
avtomobilin yararsız hala düşdüyü qeyd
edilib".
Xatırladılıb ki, 2025-ci il avqustun 8-də və 18-də Odessa
vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edilib,
nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər
vurulub: "Bütün bu faktların, raket hücumlarının
məqsədli olması barədə suallar yaratdığı
vurğulanıb".
XİN-in məlumatına görə, Ukraynadakı diplomatik nümayəndəliklərin
yerləşdiyi binaların koordinatları hələ 2022-ci ilin aprelində
Rusiyaya təqdim edilib, koordinatları Rusiya Müdafiə Nazirliyinin
nəzərə alacağı bildirilib.
Azərbaycanın notasına və XİN-in rəsmi açıqlamasına Rusiya tərəfinin
münasibəti bəlli deyil
Rusiya və Ukraynadan qarşılıqlı dron zərbələri
Noyabrın 14-nə keçən gecə Rusiya qüvvələri Kiyevə zərbə endirib, üç
nəfər ölüb, 26 nəfər yaralanıb. Yaralılar arasında 7 və 10 yaşlı
iki uşaq, hamilə qadın var.
Mer Vitali Kliçko ölü və yaralı sayının arta biləcəyini deyib,
çünki xilasetmə işləri davam edir.
Rusiya dronları Odessa vilayətini də vurub, energetika obyektinə
ziyan dəyib, bir nəfər yaralanıb.
Noyabrın 14-də səhər Ukraynanın Sumı vilayətinə də raket zərbəsi
endirilib.
Ukrayna dronları isə ötən gecə Rusiyanın Qara dəniz sahilindəki
Novorossiysk şəhərinə hücum ediblər, neft bazasına, altı evə, mülki
gəmiyə və sahildəki obyektlərə ziyan dəydiyi bildirilir. 4 nəfər
yaralanıb.
Rusiya Müdafiə Nazirliyi ötən gecə Krasnodar vilayəti üzərində 66,
Qara dəniz akvatoriyasında 59 dronun vurulduğunu bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki Azərbaycan
səfirliyinin binasına "İsgəndər" raketinin qəlpələrinin düşdüyünü
bildirib.
Hücumda 430-dək dron və 18 raketdən istifadə olunduğu
bildirilir.
Zelenski qeyd edib ki, bu, adamlara və mülki infrastruktura mümkün
qədər çox ziyan vurmaq üçün xüsusi hesablanmış hücum olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.