Noyabrın 14-də günorta saatlarında ""Azərsilah" Müdafiə Sənayesi
Holdinqi" QSC-nin strukturundakı "Sənayecihaz" Elmi-İstehsalat
Müəssisəsinin Şirvan şəhərindəki
zavodlarından birində istehsalat qəzası baş verib.
Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Məlumata görə, müəssisənin bir əməkdaşı həlak olub.
"Hazırda aidiyyəti qurumlar araşdırmalar
aparır", - nazirlik əlavə edir.
"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC prezidentin 2023-cü il
sentyabrın 9-da imzaladığı
fərman ilə yaradılıb və Müdafiə Sənayesi
Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Xatırlatma
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən müəssisələrində
bundan əvvəl də insan tələfatı ilə müşahidə edilən olaylar baş
verib. 2023-cü ilin iyulunda nazirliyin Şirvan şəhərindəki
zavodunda partlayışda bir nəfərin öldüyü, bir nəfərin isə əlindən
xəsarət aldığı açıqlanmışdı.
2016-cı ildə isə həmin zavodda partlayış nəticəsində iki nəfər
həlak olub, azı 10 nəfər yaralanmışdı.
Həmin olaydan bir il əvvəl, iyulun 6-da da Müdafiə Sənayesi
Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda partlayış
olmuşdu. Onda isə bir nəfərin öldüyü, 11 nəfərin yaralandığı
deyildi.
Həmin partlayışlarla bağlı cinayət işləri açılsa da, sonradan
onların təfərrüatları ilə bağlı ictimaiyyətə geniş açıqlama
verilməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.