Azərbaycanda zavodda qəza baş verib
Noyabrın 14-də günorta saatlarında ""Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturundakı "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərindəki zavodlarından birində istehsalat qəzası baş verib.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, müəssisənin bir əməkdaşı həlak olub.

"Hazırda aidiyyəti qurumlar araşdırmalar aparır", - nazirlik əlavə edir.

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC prezidentin 2023-cü il sentyabrın 9-da imzaladığı
fərman ilə yaradılıb və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Xatırlatma
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən müəssisələrində bundan əvvəl də insan tələfatı ilə müşahidə edilən olaylar baş verib. 2023-cü ilin iyulunda nazirliyin Şirvan şəhərindəki zavodunda partlayışda bir nəfərin öldüyü, bir nəfərin isə əlindən xəsarət aldığı açıqlanmışdı.

2016-cı ildə isə həmin zavodda partlayış nəticəsində iki nəfər həlak olub, azı 10 nəfər yaralanmışdı.

Həmin olaydan bir il əvvəl, iyulun 6-da da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda partlayış olmuşdu. Onda isə bir nəfərin öldüyü, 11 nəfərin yaralandığı deyildi.

Həmin partlayışlarla bağlı cinayət işləri açılsa da, sonradan onların təfərrüatları ilə bağlı ictimaiyyətə geniş açıqlama verilməyib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google