Marneuli Bələdiyyə Məclisi fövqəladə halların idarə edilməsi planını təsdiqləyəcək
Marneuli Bələdiyyə Məclisinin iclası 18 noyabrda keçiriləcək. Məlumatı Bələdiyyə Məclisi Aparatı yayıb və gündəliyə 5 məsələnin daxil edildiyini qeyd edib.

Müzakirə olunan məsələ Marneuli Bələdiyyəsinin fövqəladə halların idarə edilməsi planıdır və bu plan Marneuli meriyasının nümayəndəsi Marita Babluani tərəfindən Bələdiyyə Məclisinə təqdim olunacaq. Marita Babluaninin "Marneuli" radiosuna verdiyi məlumata görə, fövqəladə halların idarə edilməsi planı bələdiyyədə
ilk dəfə hazırlanıb və onun məqsədi Fövqəladə Halların İdarə Edilməsi Xidməti ilə əməkdaşlıqda təbii fəlakətlərə vaxtında, əlaqələndirilmiş şəkildə reaksiya göstərilməsini təmin etmək olacaq.

"Bu Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış vahid plandır. Bu o deməkdir ki, biz fövqəladə hallar zamanı reaksiya göstərəcəyik. Fövqəladə hallar, fırtınalar, daşqınlar, hər hansı təbii fəlakətlərə aiddir. Fövqəladə Hallar Xidməti bu məqsədə xidmət edir və plan bu xidmətlə razılaşdırılmış şəkildə, birgə işləməklə hazırlanıb", – Marita Babluani bildirib.

Yuxarıda qeyd olunan məsələdən əlavə, Bələdiyyə Məclisinin 18 noyabr tarixində keçiriləcək iclasında daha dörd məsələ də müzakirə olunacaq.

1. Marneuli Bələdiyyə Məclisinin 19 dekabr 2024-cü il tarixli 32 saylı qərarında dəyişikliklər edilməsi barədə “Marneuli Bələdiyyəsinin 2025-ci il büdcəsinin təsdiq edilməsi haqqında”.
/Məruzəçilər: Teona Parciani, Koba Çxitunidze/
2. Gürcüstanın dövlət büdcəsində nəzərdə tutulan Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan maliyyələşdiriləcək layihələr haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
4. Marneuli Bələdiyyə Məclisinin 25 dekabr 2024-cü il tarixli 73 nömrəli “Marneuli meriyası üçün 2025-ci ildə yanacaq və danışıq kartı limitlərinin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilməsi haqqında.
/Məruzəçi. Mamuka Şubitidze/
5. Marneuli Bələdiyyə Məclisinin 25 dekabr 2024-cü il tarixli 75 saylı “Marneuli meriyası üçün yanacaq və danışıq kartı limitlərinin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə.
/Məruzəçi.Teona Parciani/


Marneuli Bələdiyyəsi Məclisinin iclası saat 12:00-da keçiriləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google