Çukotkada Rusiya Arktikasının ən böyük özəl layihəsi – nəhəng mis
kombinatı tikilir.
AzadlıqRadiosunun "Sistema" araşdırma layihəsi bu kombinatın
arxasında Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin
adamının ola biləcəyini üzə çıxarıb. Söhbət milyarder Vladimir Kimə
aid strukturlar və menecerlərdən gedir. Kim isə bir vaxtlar
Nazarbayevin etibarlı adamı, "pul kisəsi" kimi ad çıxarıb.
2018-ci ildə prezident Vladimir Putin Çukotkada
dəyəri 1 trilyon
rubldan (14 milyard dollar) çox olan mədən-emal kombinatının
tikintisinin əsasını qoyub. Elə Nazarbayev də Putinin köhnə dostu
sayılır.
Kombinat dünyanın ən böyük yataqlarından biri - Baim mis yatağında
inşa olunur. Tikinti 46 obyektdən ibarətdir; buraya üzən AES, liman
və 400 kilometrlik yol daxildir. Ümumi investisiya məbləği 1.1
trilyon rubldur və bu, Rusiya Arktikasında ən böyük özəl layihədir.
Layihənin Rusiyada mis hasilatını 25, qızıl hasilatını isə 4 faiz
artıracağı planlaşdırılır.
Tikintinin formal sahibi və əsl sahibi
Layihə daha öncə Roman Abramoviç və tərəfdaşlarına məxsus olub.
2018-ci ildə Qazaxıstanın mis hasilatı üzrə nəhəng şirkəti "KAZ
Minerals" onu satın alıb. Ukraynada tammiqyaslı müharibə
başlayandan sonra Baim layihəsi ABŞ sanksiyalarına məruz qalıb və
səhmdarları haqda məlumat açıqlamayan qapalı investisiya fondunun
nəzarətinə keçib.
"Sistema" layihənin hələ də "KAZ Minerals"ın əsas səhmdarı olan
V.Kimlə əlaqəlisini üzə çıxarıb. Kim Qazaxıstanın milyarderi olub,
ölkənin ilk prezidenti Nazarbayevin etibarlı adamı, hətta "pul
kisəsi" kimi tanınıb. Kim 2005-ci il seçkilərində Nazarbayevin
seçki qərargahında yer alıb, şirkətlərinin Nazarbayevin və
qohumlarının fondlarını maliyyələşdirdiyi, hətta Nazarbayev üçün
təyyarələr aldığı iddia olunub. Şirkətlər bunu təkzib edib.
"Sistema" araşdırmanı layihəyə qatılan menecerlərin
bioqrafiyalarını öyrənməklə aparıb. 2024-cü ildə Qazaxıstan
vətəndaşı Yelena Raskoşnaya Baim holdinqinin rəhbərliyinə
gətirilib. O, holdinqə sahib şirkətlərin də baş direktoru olub.
Təyinat vaxtı Raskoşnaya "2Kom", "Tsifra Odin", "Setel"
telekommunikasiya şirkətlərində baş direktorun müavini idi. Bu
şirkətlər isə V.Kimə məxsus "Almatel" qrupuna daxil idi.
Baim layihəsini idarə edən şirkətin baş direktoru isə 2022-ci ildə
şirkət yaradılandan heç dəyişməyib. Bu vəzifəni Georgi Fotin tutur.
O, əvvəllər Moskvadakı "Kaz Minerals" MMC-yə rəhbərlik edib. Fotin
əvvəllər Baim layihəsinə nəzarət edən vitse-premyer Yuri Trutnevin
tabeliyində çalışıb. Fotin həmçinin Çukotkadakı tikintini idarə
edən "Veqa Razvitiye" şirkətinə rəhbərlik edir. "Veqa Razvitiye"
Dubayda qeydiyyatdan keçmiş "Nord Rim DMCC"yə məxsusdur; bu şirkət
Vladimir Kimə məxsus Qazaxıstan bankı ilə əlaqəli strukturlar
arasındadır.
İmtiyazlar, investisiyalar
Layihə Rusiya hökumətinin imtiyazlarından faydalanır. İlk beş il
üçün əmlak, mənfəət və torpaq vergilərindən azad olunur. VEB dövlət
korporasiyası layihəyə təxminən 1 trilyon rubl (12,9 milyard
dollar) investisiya qoymağı planlaşdırır, "Rosatom" dövlət
korporasiyası isə üzən AES tikir.
V.Kimin yaxın olduğu N.Nazarbayev 2022-ci ilin əvvəlində
Qazaxıstanda etirazlardan sonra siyasətdən gedib. Amma o, tez-tez
V.Putinlə görüşür. Sonuncu dəfə 2025-ci ilin mayında Kremldə
görüşüblər. Nazarbayevin təmsilçisi deyib ki, bu görüş qeyri-rəsmi
xarakter daşıyıb, onları "illərin dostluq münasibətləri"
birləşdirir.
"Sistema"nın sorğusuna nə Nazarbayevin təmsilçisi, nə keçmiş
prezidentin fondu, nə "KAZ Minerals", Kimə məxsus bank, Baim
kombinatı və onunla əlaqəli "Ruskapital" idarəedici şirkəti cavab
verib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.