Rusiya Prokurorluğunun məlumatına görə, Qiorqi Baramidze qiyabi olaraq “DXR” məhkəməsi tərəfindən mühakimə olunacaq

Rusiya Baş Prokurorluğunun məlumatına əsasən, bir neçə ay Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmüş Gürcüstanın sabiq

vitse-premyeri Qiorqi Baramidze qondarma Donetsk Xalq Respublikasında qiyabi şəkildə məhkəməyə veriləcək.

“Məhkəmə Donetsk Xalq Respublikasının prokurorluğu tərəfindən Gürcüstanın 57 yaşlı vətəndaşı Qiorqi Baramidzeyə qarşı açılmış cinayət işi üzrə ittiham aktını təsdiqləyib. Ona Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (silahlı münaqişədə muzdlunun iştirakı)
ilə ittiham irəli sürülüb. Cinayət işi mahiyyəti üzrə baxılması üçün DXR Ali Məhkəməsinə göndərilib”, –
deyə Rusiya Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir.

İstintaqın versiyasına görə, Baramidze 2022-ci ilin fevralında muzdlü döyüşçü kimi Ukraynaya gedib və orada Gürcü Milli Legionuna qoşulub. Bildirilir ki, o, hərbi hazırlıq keçib və 2022-ci ilin aprel ayına qədər Rusiya hərbçilərinə qarşı döyüşüb, aldığı ödəniş isə 238 000 rublu keçib.

“Baramidze beynəlxalq axtarışa verilib və məhkəmə ona qiyabi şəkildə həbs-qətimkan tədbiri seçib”, – deyə Rusiya Baş Prokurorluğu bildirir.

“Milli Hərəkat” partiyasının siyasi katibi olan Qiorqi Baramidze isə Azadlıq Radiosuna açıqlamasında bunun onun üçün “təəccüblü olmadığını” bildirib:
“Kiyevdə olanda da bunu gizlətməmişdim, indi də bununla qürur duyuram. Mənim kimi insanların orada olmaması rüsvayçılıq olardı”, – deyə Baramidze bildirib.

Rusiya tərəfindən beynəlxalq axtarışa verilməsini nəzərə alan Baramidze səyahət zamanı müəyyən çətinliklərlə üzləşə biləcəyini istisna etmir və Ermənistanda saxlanılan Qiorqi Kinoiyanın hadisəsini xatırladır:

“Haraya getməli olduğumu, haraya getməməli olduğumu diqqətlə seçməli olacam. Amma bu, Ukraynada ön cəbhədə döyüşən insanların yaşadığı əziyyətlə müqayisədə çox gülməli bir narahatlıqdır”.

Baramidze Rusiya prokurorluğunun muzdluluğa görə pul alması ilə bağlı iddiasını “gülünc” adlandırır.

Ötən ilin fevralında “Mediazona” nəşri Rusiya Daxili İşlər Nazirliyi tərəfindən müxtəlif ölkələrdən axtarışda olan şəxslərin siyahısını dərc etmişdi. Rusiya onları “xarici muzdlular” kimi axtarırdı. Bu siyahıda ən böyük qrup – 100 nəfər – Gürcüstan vətəndaşları idi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google