Gələn ildən, yəni 2026-cı ildən etibarən, sosial cəhətdən
aztəminatlı şəxslərin ictimai işlərdə məşğulluğunu nəzərdə tutan
dövlət proqramı dayandırılır.
Bu proqram çərçivəsində məşğul olan şəxslər dövlət tərəfindən əlavə
300 lari alırdılar. Analitiklərin fikrincə, proqram fundamental
çatışmazlıqlara malik idi.
Gürcüstan hökuməti bu proqramın başladılmasını 2022-ci ilin
əvvəlində, İrakli Qaribaşvilinin baş nazirliyi dövründə elan
etmişdi. Proqram 2022-ci ilin mart
ayından fəaliyyətə
başlamışdı.
Statistika
• Sosial Xidmətlər Agentliyinin son məlumatına görə, 2025-ci ilin
oktyabr ayında 461 796 nəfər sosial müavinət alırdı;
• Əlavə olaraq 246 449 sosial cəhətdən aztəminatlı şəxs var idi ki,
onların 4 il müddətinə sosial statusu zəmanətli şəkildə
qorunurdu;
• Bu o demək deyil ki, həmin 246 449 nəfərin hamısı işlə təmin
olunmuşdu – buraya həm proqramla çalışanlar, həm də onların ailə
üzvləri daxildir;
• 2025-ci ilin aprel ayında Məşğulluq Agentliyinin hesabatına
əsasən, 2022–2024-cü illər ərzində bu proqram vasitəsilə 40 minə
yaxın sosial cəhətdən aztəminatlı şəxs işlə təmin edilib.
Büdcə
Proqramın büdcəsi 2022-ci ildə 48 milyon lari idi, növbəti ildə
demək olar ki, iki dəfə artdı. 2025-ci ildə 113 milyon lariyə qədər
yüksəldi, 2026-cı ilin büdcəsinin hazırkı son işçi versiyasında isə
proqram üçün ayrılan vəsait 21 milyon lariyə endirilib.
Maliyyə Nazirliyi izahat qeydində bildirir ki, proqramın dördillik
dövrü artıq başa çatıb. Çünki, proqrama qoşulan benefisiarların
sosial statusu 4 il müddətinə zəmanətli şəkildə qorunurdu, əks
halda isə bu zəmanət mövcud olmazdı və status yenidən yoxlanılmalı
idi.
Səbəb: “Əmək bazarında kadr çatışmazlığı”
Nazirlik əlavə əsas kimi onu da göstərir ki, son illərdə yüksək
iqtisadi artımla paralel olaraq əmək bazarında işçi qüvvəsi
çatışmazlığı müşahidə olunur.
Ayrılan yeni vəsait proqramın benefisiarlarının müxtəlif peşə
hazırlığı və yenidən ixtisasartırma proqramları vasitəsilə özəl
sektorda işlə təmin olunmasına yönəldiləcək.
Bu barədə 2 dekabr tarixində Maliyyə nazirinin müavini Qiorqi
Kakauridze BMG nəşrinə müsahibəsində də bildirib:
“Bu proqramın başladığı dövrlə müqayisədə bu gün əmək
bazarında əksinə, kadr çatışmazlığı yaranıb. Həmin vaxt pandemiya
səbəbindən işsizlik artmışdı. Bu gün isə əmək bazarında defisit
var. Bir çox şirkət bunu əsas problemlərindən biri kimi göstərir.
Belə olan halda, insanları ictimai işlərə cəlb edib əmək bazarında
daha da böyük çatışmazlıq yaratmaq düzgün
olmaz”.
İrakli Kobaxidzenin açıqlaması
İrakli Kobaxidze 26 noyabr tarixində Parlamentdə çıxışı zamanı da
əmək bazarında işçi çatışmazlığından danışıb. O, universitetlərdə
3+1 sisteminin (bakalavriatın 4 il əvəzinə 3 il olması) tətbiqini
də bu məsələ ilə əlaqələndirib:
“Tələbələrin təhsili bir il əvvəl bitirməsi ilə ölkədə
əmək bazarı təxminən 30 000 nəfər artacaq. Yəni 30 min gənc əmək
bazarına qoşulacaq”.
Proqramın “çatışmazlıqları”
“Sosial Ədalət Mərkəzi”nin 2024-cü il araşdırmasına əsasən,
proqramın dizaynında “fundamental xarakterli ciddi nöqsanlar”
mövcuddur. Bu isə əsas məqsədə – sosial cəhətdən aztəminatlıların
sayının mərhələli şəkildə azaldılmasına mane olurdu.
“Proqram elə risklidir ki, müavinətlərdən asılı olan
əhalini açıq əmək bazarında işə çıxmağa lazımi səviyyədə motivasiya
edə bilməyə bilər”, – deyə təşkilat bildirib.
Hökumətin ilkin planına görə, proqram sosial müavinət alanların
sayının azaldılmasına da xidmət etməli idi.
“Sosial cəhətdən aztəminatlı şəxslərin ictimai işlərdə məşğulluğu
proqramı sosial balların yoxlanılması üzrə tətbiq edilmiş
moratoriumdan yumşaq və ağrısız çıxış üçün vacibdir”,
- sosial müdafiənin sabiq naziri Zurab Azaraşvili
2023-cü il 23 sentyabrda Parlamentdə çıxışı zamanı demişdi.
Müxalifətin tənqidi
Müxalif deputat Beka Liluaşvili bildirirdi ki, bələdiyyələrin İHHŞ
və AİP-lərində tamamilə funksiyasız vakansiyalar yaradılıb,
baxmayaraq ki, həmin müəssisələrdə artıq əməkdaşların həddən artıq
çoxluğu mövcud idi.
Məsələn, Çxorotsku bələdiyyəsinin Taia kənd məktəbində, harada
ki:
• 23 müəllim və
• 73 şagird var,
orada əlavə olaraq aşağıdakı vəzifələr yaradılıb:
• 5 təmizlik işçisi;
• 2 gözətçi;
• 2 süpürgəçi;
• yaşıllaşdırma üzrə işçi;
• texniki təsərrüfat işçisi;
• kitabxanaçı köməkçisi.
2022-ci ilin sentyabr ayının sonuna olan məşğulluq statistikası
• 3 886 qəbiristanlıq baxıcısı;
• 7 119 süpürgəçi;
• 3 216 təmizlik işçisi;
• 856 gözətçi;
• 1 766 köməkçi/baxıcı.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.