“Həmin maddə ilə bağlı bütün detallar açıqlanacaq” – Kobaxidze mitinq iştirakçılarına qarşı istifadə olunan suyun tərkibində “kamit”in istifadəsini istisna edib, lakin konkret agentin adını deməyib

“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze təsdiqləyib ki, 2024-cü ilin noyabr–dekabr aylarında keçirilən etiraz aksiyalarının dağıdılması zamanı su şırnaqlarına müəyyən maddə qatılıb.


Lakin o, bunun “kamit” maddəsi olduğunu bir daha təkzib edib.

“Bir maddə qatılmışdı, əsas məsələ onun qadağan olunmuş maddə olub-olmamasıdır”, – deyə Kobaxidze dünən, 3 dekabrda Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib. BBC-nin jurnalist araşdırmasında adı çəkilən “kamit” adlı kimyəvi maddə ilə bağlı isə Kobaxidze qeyd edib ki, “Daxili İşlər Nazirliyi artıq təsdiqləyib ki, bu maddə nə istifadə olunub, nə də heç vaxt – hətta ‘Milli Hərəkat’ dövründə belə – DİN tərəfindən satın alınıb. Bu, hazırda deyilə biləcək hər şeydir. Qalan məsələlərlə bağlı araşdırma aparılır, bunu Dövlət Təhlükəsizlik Xidməti araşdırır və o maddə ilə bağlı bütün detallar ictimaiyyətə açıqlanacaq”.

“Əslində, DİN 2009-cu ildə Vano Merabişvilinin hansı maddəni aldığını yoxlamalı idi”

Jurnalistin aksiyanın dağıdılması zamanı “digər qadağan olunmuş maddələrdən istifadə olunub-olunmaması” ilə bağlı sualına Kobaxidze belə cavab verib:
“Düşünürəm ki, xeyr. Çünki, ehtimal ki, Daxili İşlər Nazirliyi vaxtilə Vano Merabişvilinin (Milli Hərəkat hökumətində daxili işlər naziri olub) hansı növ maddə aldığını yoxlamalı olardı. Amma bu mənim ehtimalımdır. Yaxşı olar ki, araşdırmanın nəticəsini gözləyək… Əslində, DİN 2009-cu ildə hansı maddənin alındığını yoxlamalı idi”.

Kimin məsuliyyət daşıya biləcəyi ilə bağlı suala isə Kobaxidze belə cavab verib:
“Buna araşdırma cavab verəcək – həqiqət nədirsə, ona uyğun. Əgər kimsənin məsuliyyəti müəyyən olunarsa, nəzəri olaraq bu, Vano Merabişvilinin məsuliyyəti ola bilər – əgər belə bir toz aldığını sübut edən fakt ortaya çıxarsa”.

“Su yananda” – BBC-nin araşdırması

BBC-nin jurnalist araşdırmasına görə, 2019-cu ilə aid bir sənəd əldə edilib. Həmin sənəddə Xüsusi Təyinatlı Departamentin inventarı təsvir olunub və burada iki kimyəvi maddə və onların suya necə qatılması barədə təlimat göstərilib:
• “Kimyəvi maye UN 1710”
• “Kimyəvi toz UN 3439”

BBC bildirir ki, bir neçə keçmiş yüksək vəzifəli şəxs bu sənədin həqiqiliyini və bu maddələrin istifadə olunduğunu təsdiqləyib.

BBC maddələrin identifikasiyasını da aparıb:

• UN 1710 – bu, trixloroetilen (TCE) maddəsidir, yəni digər maddələri suda həll edən “həlledici”dir;
• UN 3439 – bu kod altında müxtəlif zəhərli maddələr birləşdirilib. BBC-nin ehtimalına görə, bu maddə brombenzil sianid (BBC), yəni “kamit” ola bilər.

2024-cü ilin noyabr–dekabr aylarında keçirilən aksiyaların dağıdılması zamanı suya maddə qatıldığını daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze də “Azadlıq Radiosu”nun sualına cavab olaraq təsdiqləmişdi.

Lakin dövlət qurumları hələ də hansı kimyəvi vasitələrdən istifadə edildiyini açıqlamayıb. Kobaxidze bildirir ki, bu məlumat Dövlət Təhlükəsizlik Xidmətinin istintaqı başa çatdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Dövlət Təhlükəsizlik Xidməti BBC-nin
araşdırmasından sonra istintaqa başlayıb:
• “Vəzifə səlahiyyətlərindən sui-istifadə”
• “Xarici təşkilata düşmən fəaliyyətdə kömək etmə” maddələri ilə.

Beynəlxalq reaksiyalar

BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Elis Edvards BBC-yə əsaslanaraq bəyan edib ki,
“əhalinin heç vaxt eksperiment obyektinə çevrilməsinə yol verilməməlidir” və məsələ işgəncə və qeyri-insani rəftar maddəsi ilə araşdırılmalıdır.

“Gürcü Arzusu”nun BBC-yə qarşı mövqeyi

“Gürcü Arzusu” BBC-nin suallarına əvvəlcədən cavab olaraq araşdırmanı “tamamilə absurda bərabər” adlandırıb. Araşdırmanın yayımlanmasından sonra isə partiya BBC-yə qarşı beynəlxalq məhkəmələrdə hüquqi mübarizəyə başlayacağını açıqlayıb.

BBC “bir zamanlar nüfuzlu media olan, indi isə qeyri-rəsmi idarəetmənin təbliğat alətinə çevrilmiş qurum” kimi qiymətləndirilib.

İstintaq çərçivəsində çağırılan şəxslər

Sorğuya çağırılanlar arasında:
• “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının direktoru Eka Qiqauri,
• Həkim Qiorqi (Qoqi) Çaxunaşvili,
• Gənc fəal Zviad Maisaşvili,
• Həkim Kote Çaxunaşvili və ailə üzvləri,
• “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın əməkdaşları da var.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google