Pul və Rusiya vətəndaşlığı qarşılığında "Vaqner" silahlı
birləşməsinin tərkibində Ukraynaya qarşı döyüşlərdə iştirak etmiş
azərbaycanlı
İsmayıl Həsənov buna görə cəzalandırılıb. İ.Həsənova Cinayət
Məcəlləsinin 279.1 (qanunda nəzərdə tutulmayan silahlı
birləşmələrin fəaliyyətində iştirak) maddəsi ilə 3 il 6 ay həbs
cəzası kəsilib. Ona noyabrın sonunda Gəncə Ağır Cinayətlər
Məhkəməsində hökm oxunub.
Tovuz rayon sakini olan 51 yaşlı İ.Həsənovu 2025-ci
ilin iyulunda
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Amma
o, bundan öncə Rusiyada da həbsdə olub. Qəsdən adam öldürmə və
başqa ittihamlarla orada ona 12 il həbs cəzası verilib.
Cinayət işinin materiallarında iddia olunur ki, Rusiyada həbs
cəzasını çəkdiyi vaxt – 2022-ci ilin noyabrında cəzaçəkmə
müəssisəsinə "Vaqner"in rəhbəri Yevgeni Priqojin gəlib. Priqojin
həbsdən buraxılıb müharibəyə getmək istəyən məhbuslarla razılaşıb.
Onların arasında Həsənov ilə yanaşı, 34 yaşlı Ramil Əliyev də
olub.
Luqanskda xidmət edib
İ.Həsənov ilə razılaşma belə olub ki, o, cəzasının qalan hissəsini
çəkməkdən azad edilir və 6 aylıq müharibəyə gedir, orada Ukraynaya
qarşı döyüşlərdə iştirak edir. Bunun qarşılığında ona altı aydan
sonra 911 min rubl (18 min manat-red.) pul və Rusiya vətəndaşlığı
da vəd olunub. 2022-ci il noyabrın 25-də Rostov şəhərində "Vaqner"
ilə yazılı müqavilə imzalayıb. Oradan da Ukraynanın Luqansk
vilayətinə gedib.
İ.Həsənov bütün bunları təsdiqləyir. Ancaq deyir ki, heç vaxt
Ukrayna hərbçiləri ilə üzbəüz döyüşlərdə olmayıb, evlərə,
obyektlərə basqınlarda iştirak etməyib. Məhkəmədə dediyinə görə,
əsas işi Rusiyanın ölən və yaralanan hərbçilərini döyüş bölgəsindən
çıxarmaq olub.
Razılaşmadakı 6 aylıq müddət bitəndən sonra 2023-cü ilin mayında
onu Rostov şəhəri ilə həmsərhəd əraziyə gətiriblər. Orada
"Vaqner"in üzvləri müqavilədə göstərilən pulu ona verib. Həmçinin
müharibədə iştirakına görə medal və fəxri fərman da təqdim olunub.
Ardından Həsənov və onun kimi müqavilə əsasında döyüşmüş keçmiş
məhkumlara içində Rusiya nömrəsi olan sadə mobil telefon
verilib.
İ.Həsənov vurğulayıb ki, bir müddət sonra "Vaqner" rəhbərliyi ona
zəng vurub, aylıq 25 min rubl qarşılığında Ukrayna, Mali və
Suriyada muzdlu döyüşçü kimi iştirakı təklif edib: "Dedim ki, artıq
muzdlu döyüşçü kimi heç bir ölkədə vuruşmaq niyyətim yoxdur".
Putin onu təltif edib
Müharibədən qayıdandan sonra İ.Həsənova, öncədən vəd olunduğu kimi,
Rusiya vətəndaşlığı verilib. Üstəlik, Rusiya prezidenti Vladimir
Putinin 23 aprel 2023-cü il tarixli fərmanı ilə "Şücaətə görə"
medalı ilə təltif olunub.
İ.Həsənov əlavə edib ki, Rusiya-Ukrayna müharibəsində iştirakın
cinayət məsuliyyəti yaratdığını bilmirdi: "Əməlimdən peşmanam".
Dediyinə görə, Rusiyada həbsdə olarkən 12 illik cəzasından qalan 3
il 6 ayı Azərbaycanda çəkmək üçün iki dəfə müraciət edib, lakin
imtina cavabı alıb.
İ.Həsənovun üç azyaşlı övladı var və onların ən kiçiyi 2024-cü ildə
dünyaya gəlib.
Bu ilin oktyabrında "Europol" "Vaqner" və "Redut" özəl hərbi
şirkətlərinin döyüşçüsü olmaqda şübhəli bilinən azı 650 nəfərin
kimliyini müəyyənləşdirdiyini bildirib. Onların arasında Azərbaycan
vətəndaşları da olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.