Dekabrın 3-də BMT Rusiyadan "zorla aparılan, yaxud deportasiya
edilən ukraynalı uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz"
qaytarılması tələbi ilə qətnamə qəbul edib.
ABŞ daxil 91 ölkə qətnaməni dəstəkləyib.
Rusiya və 11 ölkə qətnamənin əleyhinə səs verib, 57 ölkə bitərəf
qalıb.
Azərbaycan səsvermədə iştirak etməyib. Qonşulardan Ermənistan,
Türkiyə də eyni cür davranıb. Gürcüstan qətnamənin lehinə, İran
əleyhinə səs
verib.
Rusiya BMT Baş Assambleyası üzvlərini qətnaməyə qarşı çıxmağa
çağırmışdı. Qətnamə layihəsini Ukrayna, Kanada və Avropa İttifaqı
hazırlayıb.
"Qətnaməyə verilən hər bir səs
yalanlara, müharibəyə və qarşıdurmaya dəstək deməkdir. Ona qarşı
hər bir səs isə sülhə verilən səsdir", – Rusiyanın
BMT-dəki səfirinin köməkçisi Mariya Zabolotskaya səsvermədən öncə
Baş Assambleyada deyib.
BMT qətnamələri hüquqi öhdəlik qoymur, amma qlobal mövqeyi əks
etdirir.
Rusiya 2022-ci il fevralın sonundan Ukraynaya qarşı tammiqyaslı
işğala başlayıb. Kiyev Moskvanı on minlərlə ukraynalı uşağı
Rusiyaya, yaxud Rusiyanın tutduğu ərazilərə zorla aparmaqda ittiham
edir. Moskva isə zəif uşaqları müharibə zonasından çıxardığını,
onları qoruduğunu bildirir.
ABŞ-nin Birinci ledisi Melaniya Tramp ukraynalı uşaqların
repatriasiyasını prioritet elan edib. O, oktyabrda bildirib ki,
Rusiya prezidenti Vladimir Putinlə açıq kommunikasiya qurub, bəzi
uşaqlar ailələrinə qaytarılıb, bəziləri də tezliklə
qaytarılacaq.
2023-cü ilin mayında Beynəlxalq Cinayət Məhkəməsi Putin barəsində
həbs orderi çıxarıb, onu Ukraynadan yüzlərlə uşağı qanunsuz
deportasiya etməklə hərbi cinayət törətməkdə ittiham edib. Rusiya
bu addımı pisləyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni
xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415