Gürcüstan bu il 9 949 ədəd yük avtomobili alıb

Gürcüstanda yük avtomobillərinin idxalı 31% azalıb.


Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar–oktyabr aylarında ölkəyə 9 949 ədəd yük avtomobili (ümumilikdə 130 milyon dollar dəyərində) idxal edilib, keçən ilin eyni dövründə isə bu rəqəm 14 438 ədəd (ümumilikdə 178 milyon dollar) olub.

Hesabat dövründə bir yük avtomobilinin idxalı (vergilərsiz) orta hesabla 13 094 dollara
başa gəlib. Keçən ilin yanvar–oktyabr aylarında isə orta qiymət 12 353 dollar idi. Məlumatlar göstərir ki, yük avtomobillərinin idxalı 6% bahalaşıb. (Müəllifin qeydi: Burada nəzərə almaq lazımdır ki, buraxılış ilinə, markasına və digər xüsusiyyətlərinə görə vahid avtomobilin qiyməti orta göstəricidən yüksək və ya aşağı ola bilər).

2025-ci ilin yanvar–oktyabr aylarında Gürcüstan yük avtomobillərinin əsas hissəsini Almaniyadan idxal edib. Bu il məhz bu bazardan 2 945 yük avtomobili alınıb.

Daha dəqiq desək, hesabat dövründə ölkəyə ən çox avtomobil aşağıdakı 5 ölkədən gətirilib:

  • Almaniya – 2 945 ədəd (ümumi dəyəri 29,932 milyon ABŞ dolları);
  • Niderland – 1 704 ədəd (12,994 milyon ABŞ dolları dəyərində);
  • Yaponiya – 913 ədəd (3,469 milyon ABŞ dolları dəyərində);
  • Çin – 746 ədəd (27,277 milyon ABŞ dolları dəyərində);
  • Polşa – 637 ədəd (6,004 milyon ABŞ dolları dəyərində).

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

 

Print Email
FaceBook Twitter Google