Rəqabət və İstehlakçıların Mühafizəsi Agentliyi tikinti nəzarəti
sahəsində elan edilmiş tenderlərdə iştirak edən 11 şirkət barədə
araşdırmaya başlayıb.
GCCA-nın məlumatına görə, söhbət 2022–2025-ci illərdə keçirilmiş
tenderlərdə ehtimal olunan razılaşdırılmış hərəkətlərdən gedir.
Agentliyin izahına əsasən, araşdırmanın başlanmasına Gürcüstanın
Regional İnkişaf Nazirliyinin müraciəti səbəb olub. Müraciətdə qeyd
olunurdu ki, dövlət nümayəndələrinin administrasiyaları tərəfindən
müxtəlif tenderlərin monitorinqi zamanı müəyyən hallar
aşkarlanıb
və bunlar, ehtimal ki, “Rəqabət haqqında” qanuna uyğun deyildi və
müvafiq tədbirlərin görülməsini tələb edirdi.
GCCA bildirir ki, tenderlərin monitorinqi nəticəsində aşağıdakı
şirkətlərin — “Geoexpert”, “Zaisi və Kompaniya”, “Engineering
Monitoring Group”, “Inspect-As”, “Optimal Group+”, “Expert House”,
“Skyscaper”, “TIAAG Audit Escort”, “Krizolit+”, “Mshen-Expert+” və
“Megamshen” — 2022–2025-ci illərdə Raça, Sameqrelo, Quriya,
Mtsxeta-Mtianeti, Şida Kartli, Kvemo Kartli, İmereti,
Samtsxe-Cavaxeti və Kaxeti bölgələrində tikinti nəzarəti üzrə elan
edilmiş tenderlərlə bağlı ehtimal olunan razılaşdırılmış
hərəkətlərdə iştirakına dair şübhələr yaranıb.
“Agentliyin apardığı təhlilin nəticəsində doğrudan da bir sıra
hallar aşkar edildi ki, bunlar iqtisadi subyektlər arasında mümkün
razılaşdırılmış fəaliyyət barədə əsaslı şübhə yaradırdı. Bundan
sonra GCCA araşdırmaya başladı”, — deyə Agentliyin
məlumatında qeyd olunur.
Bildirilib ki, cari il ərzində agentlik ümumilikdə 3 araşdırmanı
tamamlayıb və onlardan ikisində iqtisadi subyektlərin dominant
mövqedən sui-istifadə — konkret olaraq, əsassız yüksək qiymətlər
tətbiq etməsi — faktları müəyyən edilib. Bir araşdırmada isə
pozuntu təsdiqlənməyib. Hal-hazırda isə iki araşdırma davam edir —
biri dominant mövqedən mümkün sui-istifadə, digəri isə ehtimal
olunan razılaşdırılmış fəaliyyətlə bağlıdır.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.