Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə,
mütəşəkkil cinayətkar qrup tərəfindən Gürcüstanın gömrük
sərhədində
xüsusilə külli miqdarda neftin gömrük qaydalarından yan keçməklə və
gizli şəkildə mənimsənilməsi faktı üzrə 3 dekabr tarixində üç nəfər
saxlanılıb. Qurum bildirir ki, saxlanılan şəxslər Qazaxıstan
vətəndaşlarıdır.
“İstintaqla müəyyən edilib ki, ‘Batumi Neft Terminalı’
MMC-nin rəhbər vəzifəli şəxsləri terminalın rezervuarlarında mövcud
olan, dəyəri 15 000 000 laridən çox olan, 10 000 tondan artıq
gömrükdən keçməmiş xam nefti gömrük prosedurlarından yan keçməklə
və gizli şəkildə mənimsəyiblər.
Xüsusilə iri həcmdə, yüksək keyfiyyətli neft məhsullarının qanunsuz
mənimsənilməsi faktını gizlətmək məqsədilə təqsirləndirilən şəxslər
gömrük terminalının rezervuarlarına istifadəyə yararsız, çirklənmiş
neft tullantıları yerləşdiriblər”, – deyə qurumun
açıqlamasında bildirilir.
Qurumun məlumatına görə, hazırda cinayətkar qrupun digər üzvlərinin
müəyyən edilməsi, dövlət büdcəsinə dəymiş ziyanın həcminin
dəqiqləşdirilməsi və qaçaqmalçılıq yolu ilə gətirilmiş neftin
sonrakı taleyinin araşdırılması istiqamətində intensiv istintaq
tədbirləri davam etdirilir.
Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin
2-ci və 6-cı hissələri ilə aparılır. Bu maddə 11 ildən 15 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.