Gürcüstanda 644 200 şagird və 66 300 müəllim var – Milli Statistika Xidmətinin yeni məlumatları

2025–2026-cı tədris ili ilə bağlı açıqlanan yeni statistik məlumatlara görə, Gürcüstanda 2024-cü illə müqayisədə məktəblərin sayında cüzi azalma, şagirdlərin sayında isə artım müşahidə olunur.


Milli Statistika Xidmətinin məlumatına əsasən, 2025–2026-cı tədris ilində ölkə üzrə ümumilikdə 2 292 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 2 086-sı dövlət, 206-sı isə özəl məktəblərdir. Əvvəlki dövrlə müqayisədə məktəblərin sayı 2 vahid
azalıb. Regionlar üzrə ən çox məktəb hələ də İmereti bölgəsində yerləşir və ümumi məktəblərin 17,1 faizi bu regionun payına düşür.

2025–2026-cı tədris ilinin əvvəlində Gürcüstanın ümumtəhsil müəssisələrində ümumilikdə 644 200 şagird təhsil alıb ki, bu da əvvəlki tədris ili ilə müqayisədə 0,6 faiz çoxdur. Statistikaya görə, şagird sayında artım ən çox Tbilisidə qeydə alınıb. Paytaxt məktəblərində ölkə üzrə bütün şagirdlərin 36 faizi oxuyur.

Məlumatlar göstərir ki, Gürcüstanda şagirdlərin böyük əksəriyyəti dövlət məktəblərinə üstünlük verir. Belə ki, şagirdlərin 88,8 faizi dövlət, 11,2 faizi isə özəl məktəblərdə təhsil alır. Şagirdlərin 48,4 faizi qız, 51,6 faizi isə oğlandır.

Milli Statistika Xidmətinin təqdim etdiyi qrafiklərə əsasən, Gürcüstanda ümumi orta təhsil səviyyəsində şagirdlərin sayı ildən-ilə artmaqdadır. Bununla belə, 2025-ci ilin göstəricilərinə görə, yuxarı siniflərdə təhsil alan şagirdlərin sayı 41,4 min nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən 0,8 faiz azdır.

Yeni məlumatlara əsasən, 2025–2026-cı tədris ilində Gürcüstanda müəllimlərin ümumi sayı 66 300 nəfərə çatıb ki, bu da əvvəlki ilə nisbətən təxminən 0,5 faiz artım deməkdir. Bu sahədə gender göstəriciləri dəyişməz qalır: müəllimlərin 87,6 faizi qadın, 12,4 faizi isə kişidir.

Rəsmi statistikaya görə, 2018–2019-cu illərdə müəllimlərin sayı ən yüksək həddə – 67,3 min nəfərə çatmışdı. Sonradan 2020–2023-cü illərdə bu göstərici azalaraq 62–63 min nəfər səviyyəsinə düşmüşdü.

Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google