Polis oğurluq faktına görə iki nəfər saxlayıb
Böyük miqdarda oğurluq ittihamı ilə əvvəllər məhkum olunmuş iki şəxs – 1985-ci il təvəllüdlü K.K. və 1980-ci il təvəllüdlü T.D. həbs edilib.

Qanunvericiliyə görə, bu cinayətə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqın gedişində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Şida Kartli regionunda müxtəlif vaxtlarda xarici şirkətlərə məxsus iki istehsal müəssisəsinə giriblər və oradan qanunsuz şəkildə təxminən 600 kiloqram rəngli metal tərkibli kabelləri və metal aqreqatları oğurlayıblar.

Hüquq-mühafizə orqanlarının əldə etdiyi operativ məlumatlara əsasən, saxlanılan şəxslər oğurladıqları rəngli metalı şəxsi qazanc əldə etmək məqsədilə iri məbləğ qarşılığında metal qəbulu məntəqələrindən birinə təhvil veriblər.

Polis, həmçinin,
qanunsuz satışdan əldə edilmiş təxminən 14 min lari məbləğində pulu, parçalanmış mis kabelləri və dəyərli aqreqatı maddi sübut kimi götürüb.

Bu qanunsuz hərəkət nəticəsində xarici şirkətlərin müəssisələrinə ümumilikdə 50 min lariyə yaxın ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndləri ilə istintaq aparılır. Bu maddələr anbar və ya digər saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etməyi nəzərdə tutur və əhəmiyyətli zərərin vurulması ilə nəticələnib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google