"Gürcü Arzusu"nun deputatı, Lado Bojadze, BBC-nin araşdırmasına
münasibət bildirib.
Bojadze deyib ki, onun fikrincə, Vaxtanq Qomelaurinin
sorğu-sualından əvvəl keçmiş hökumətin daxili işlər naziri Vano
Merabişvili də çağırılmalıdır.
“Məncə, DTX Vaxtanq Qomelaurini sorğu-sual etməzdən
əvvəl Vano Merabişvilini çağırmalı və sorğu-sual etməlidir, eləcə
də keçmiş prezident Mişel Saakaşvilini də sorğu-suala cəlb
etməlidir. Gözləyək, bəlkə, DTX bununla başlayar […] Kimin
sorğu-sual olunacağını lazım bilir və kimlərlə bağlı suallar
yaranırsa, hamı sorğu-suala çağırılmalıdır […] Vano Merabişvilinin
xatırlaması lazımdır ki, nə alıb? Bütün alış-veriş sənədləri
mövcuddur […] Bu qədər səs-küy qalxdı, bəs niyə Vano Merabişvili
hələ də susur? Hamı bilir ki, onun vaxtında alınıb […] Məlumatın
ilkin mənbəyi Vano Merabişvilidir […] Vaxtanq Qomelauri də
çağırılmalıdır və Vano Merabişvili də. Hamı çağırılmalıdır ki,
sorğu-sualdan ictimaiyyətə həqiqət haqqında daha çox məlumat
çatdıra bilsin” – deyə Bojadze jurnalistlərə
bildirib.
Məlumat üçün, BBC əldə etdiyi sübutlara əsaslanaraq yazır ki, keçən
il “Gürcü Arzusu” rejimi hökumət əleyhinə və Avropa tərəfdarı
etiraz aksiyalarını dağıtmaq üçün Birinci Dünya Müharibəsi dövrünə
aid kimyəvi silahdan istifadə edib.
İvanişvilinin nümayəndəsi, Irakli Kobaxidze, BBC-nin araşdırması
barədə danışarkən bildirib ki, 2009-cu ildə Vano Merabişvili
müəyyən bir həlledici toz alıb.
O zamana qədər, Vaxtanq Qomelauri, BBC materialında qeyd olunan
aksiyaların dağıdıldığı dövrdə daxili işlər naziri və məsul şəxs
olaraq, propqanda mediasının məlumatına görə, təsdiqləyib ki,
DİN-in əslində “kamit” adlı kimyəvi maddəsi olub, amma onun
sözlərinə görə, bu maddə əvvəlki hökumət tərəfindən 2012-ci ilə
qədər istifadə olunub. Qomelauri deyib ki, o vaxtdan sonra qurum
həmin maddəni almayıb və istifadə etməyib.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.