“Bazar ertəsi qanunsuz Parlament sədri çıxacaq və
“Lelo”nu və ya Kremlin göstərişi ilə hazırlanmış
başqa bir dəli ideyanı terrorçu partiya elan edəcək –
vaxtı bizə deyil, özünüzə - gürcü xalqına qarşı kimyəvi terror
aktını törədənlərə hesablayın”, – bunu “Lelo – Güclü
Gürcüstan” partiyasının baş katibi İrakli Kupradze sosial şəbəkədə
yazıb. O, parlament sədri Şalva Papuaşvilinin açıqlamasına
münasibət
bildirib. Papuaşvili demişdi ki, əgər partiyalar Aleko
Elisaşvilini bazar ertəsinə qədər üzvlükdən çıxarmasa, “terroristin
himayədarı təşkilatlar” olacaqlar.
Kupradze qeyd edib ki, yüz minlərlə insanın zəhərlənməsi öz xalqına
qarşı terrorizm aktıdır.
“Bazar ertəsi qanunsuz parlament sədri çıxacaq və
“Lelo”nu və ya Kremlin göstərişi ilə hazırlanmış başqa bir dəli
ideyanı terrorçu partiya elan edəcək. Vaxtı bizə deyil, özünüzə -
gürcü xalqına qarşı kimyəvi terror aktını törədənlərə hesablayın.
Bu, yüz minlərlə insanın zəhərlənməsi öz xalqına qarşı
terrorizmdir”, – deyə Kupradze yazıb.
Xatırladaq ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili 3
dekabrda açıqlayıb ki, Aleko Elisaşvili, şəhər məhkəməsində terror
aktını törətməyə cəhd ittihamı ilə həbs olunub, əgər partiyalar onu
çıxarmasa, bazar ertəsindən etibarən “Vətəndaşlar”, “Güclü
Gürcüstan” və “ALDE” partiyaları “rəsmi olaraq terroristin
himayədarı təşkilatlar” elan ediləcəklər.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.