Moskva Vilayət Məhkəməsi 34 yaşlı fizik Artyom Xoroşilova dövlətə
xəyanət ittihamı ilə 21 il azadlıqdan məhrumetmə və 700 min rubl
cərimə cəzası kəsib.
O, cəzanın ilk 5 ilini həbsxanada, qalan müddəti isə ciddi rejimli
koloniyada çəkəcək. Xəbəri "Mediazona" yayıb.
Fizikə dövlətə xəyanətlə yanaşı, kritik infrastruktur obyektinə
hücum, diversiyaya hazırlıq və partlayıcı maddə hazırlama
ittihamları da verilib.
Xoroşilov Rusiya Elmlər Akademiyasının
Ümumi Fizika İnstitutunun keçmiş elmi işçisidir.
İstintaqın versiyasına görə, o, təxminən 700 min rublu (9 min 80
dollar) Ukrayna fondlarına göndərib. Həmin fondlar Ukrayna Silahlı
Qüvvələrinə də yardım edir. Bundan əlavə, 2022-ci ilin avqustunda
Xoroşilovun bir neçə nəfərlə əlbir olaraq öz kompüterindən "Rusiya
Poçtu"nun serverlərinə DDoS hücumu gerçəkləşdirdiyi, diversiya
planlaşdırdığı iddia olunur. Onun evindən bəzi maddələr, "Arduino"
aparat-proqram vasitələri, telefonunda isə hərbi hissə
yaxınlığındakı dəmiryol xətlərinin fotoları aşkarlanıb.
Xoroşilov məhkəmədə Ukrayna fondlarına pul köçürdüyünü, zərərli bir
proqramı endirib işə saldığını etiraf edib. Amma konkret serverə
hücumda iştirakının sübuta yetirilmədiyini deyib. Evində tapılan
maddələrə gəlincə, bildirib ki, onları istənilən mağazada əldə
etmək mümkündür. Partlayış hazırlamaqla bağlı yazışmaları isə
"emosional boşalma" kimi izah edib.
Onun həmkarı "T-invariant" nəşrinə bildirib ki, Xoroşilov
infrastruktura hücum edə biləcək haker deyil: "Onun hakerliyi və
infrastruktur hücumları barədə yazılanları oxuyanda gülürəm. Artyom
kompüterlərdən nəsə anlayırdı, amma qətiyyən haker deyildi,
proqramlaşdırmanı da çətinliklə bilirdi. Bu, tam bir
absurddur".
Xoroşilov son sözündə deyib ki, Ukraynada çoxlu qohumları yaşayır,
buna görə də müharibənin başlanması onun üçün "şəxsi faciə" olub.
O, məhkəmədən xahiş edib ki, onu yalnız gerçəkdən etdiyi əməllərə
görə mühakimə etsinlər.
"Birinci Bölmə" layihəsi bildirir ki, Ukraynaya qarşı genişmiqyaslı
hücum başlayandan Rusiya məhkəmələri dövlətə xəyanət, casusluq və
əcnəbilərlə məxfi əməkdaşlıq maddələri üzrə 774 nəfəri məhkum edib.
Hüquq müdafiəçilərinə görə, müharibə dövründə bir iş üzrə dövlətə
xəyanət və terror aktı maddələrinin birgə tətbiqi geniş yayılıb,
2023-cü ilə qədər belə hal olmayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.