İtaliyada onlarla yazıçı tələb edir ki, 20-ci əsr faşizminin
tərənnüm olunduğu kitablar buraxan nəşriyyat Romada nüfuzlu kitab
yarmarkasına buraxılmasın.
Tənqidçilər ölkədə ifrat sağçı ideyaların adiləşdiyini
deyirlər.
"The Financial Times" azı 80 yazıçının yarmarkanın təşkilatçısı
olan İtaliya Naşirlər Assosiasiyasına müraciət etdiyini yazır.
Onlar tədbirdə ifrat-sağçı baxışlı nəşriyyata niyə stend
ayrıldığını sual edirlər.
Narahatlığını dilə gətirənlər arasında faşist diktatoru
Benito
Mussolini barədə tarixi roman müəllifi Antonio Skurati də var.
Florensiyada yerləşən "Passaggio al Bosco" nəşriyyatı 2017-ci ildə
təsis olunub, indiyədək tarixi faşist şəxslər barədə 300-dək kitab
çap edib.
İtaliya Naşirlər Assosiasiyasının prezidenti İnnoçentso Çipolletta
isə yarmarkada bu nəşriyyata yer ayrılması qərarını müdafiə edib,
deyib ki, stendlər yeni iştirakçılardan tez gələnlərə verilib.
Üstəlik, qurumun nəşriyyatları redaksiya siyasətinə əsasən
seçmədiyini əlavə edib. Belə ki, sözügedən nəşriyyat da İtaliyanın
antifaşist konstitusiyasına sədaqətlə bağlı kontrakt imzalayıb.
Tənqidçilərin fikrincə, bu və daha iki ifrat-sağçı nəşriyyatın
yarmarkaya buraxılması İtaliyada faşizmin reabilitasiyasının tərkib
hissəsidir, Corca Meloninin neofaşist köklü "İtaliya Qardaşları"
partiyası hakimiyyətə gələndən sonra sürətlənib.
Bəzi tanınmış yazıçılar etiraz əlaməti olaraq yarmarkada iştirak
etməyəcəklər.
Yarmarka 4-8 dekabr tarixlərində keçirilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.