Hakimiyyətdə olan “Gürcü Arzusu” yenidən toplantılar və nümayişlər
haqqında qanunu sərtləşdirir və aksiyaya çıxanları öhdəlikləndirir
ki,
polisi mitinqdən beş gün əvvəl xəbərdar etsinlər. 8 dekabrda
parlament bürosunun iclasında qeydiyyatdan keçmiş qanun layihələri
paketini “Azadlıq Radiosu” əldə edib.
Qanun layihəsinə əsasən, əgər aksiya insanların və ya nəqliyyatın
hərəkət hissəsində keçirilirsə, təşkilatçı (məsul şəxs) aksiya
keçiriləcək yerə uyğun olaraq
Daxili İşlər Nazirliyinin Patrul
Departamentinə yazılı şəkildə müraciət etməyə borclu olacaq.
Hazırkı qanuna görə, nümayişçilərin belə öhdəliyi yoxdur.
Polisin yazılı şəkildə xəbərdar edilməsi o demək deyil ki, DİN
onlara aksiya və ya yürüş keçirmək icazəsi verəcək: qurum
“xəbərdarlıq” yayımlaya və ya nümayişçilərə “alternativ vaxt və/və
ya yer” təklif edə bilər.
Əgər aksiya spontan qaydada planlaşdırılarsa, təşkilatçı plan
barədə polisə dərhal məlumat verməlidir.
“Toplantı və ya nümayiş iştirakçıları tərəfindən nəqliyyatın və ya
insanların hərəkət hissəsinin qismən və ya tam bağlanması halında,
iştirakçıların sayını nəzərə alaraq aksiya başqa cür də keçirilə
biləcəyi təqdirdə, Gürcüstan Daxili İşlər Nazirliyi nəqliyyatın və
ya insanların hərəkət hissəsinin açılması və/və ya hərəkətin
bərpası barədə qərar qəbul etmək hüququna malikdir. [Əgər] müəyyən
edilmiş öhdəlik yerinə yetirilməzsə, yaxud yerinə yetirilsə də,
xəbərdarlıqdan sonrakı 15 dəqiqə ərzində kütləvi qanun pozuntusu
dayanmazsa, bütün toplantı və ya nümayiş qanunsuz hesab olunur. Bu
halda Gürcüstan Daxili İşlər Nazirliyi toplantının və ya nümayişin
dayandırılması barədə qərar qəbul etmək və beynəlxalq hüquq və
Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlərə əl atmaq
hüququna malikdir”, - qanun layihəsində yazııb.
Əgər polis hesab etsə ki, nümayiş yeni qanunu pozur, “qanun
pozuntusunu dayandırmaq üçün” aksiyaya 15 dəqiqə vaxt veriləcək.
Bundan sonra məsuliyyət tətbiq olunacaq.
“Gürcü Arzusu”nun liderlərindən biri, İrakli Kirtsxalia bildirib
ki, qaydanı pozanlara ilk mərhələdə 15 günədək (təşkilatçıya isə 20
günədək) inzibati həbs tətbiq olunacaq, təkrar hal olarsa, cinayət
işi açılacaq.
Gürcüstanda fasiləsiz nümayişlər ötən ilin 28 noyabrından bəri
davam edir. Minlərlə insan küçəyə çıxmasına səbəb hökumətin baş
naziri İrakli Kobaxidzenin bəyanatı oldu — o dedi ki, hakimiyyət
qarşıdakı dörd il ərzində ölkənin Avropa ilə inteqrasiyası üçün
vacib danışıqlar məsələsini gündəliyə çıxarmayacaq.
Bundan sonra “Gürcü Arzusu” ifadə azadlığını yeni qanunlarla
dəfələrlə məhdudlaşdırıb. O cümlədən mitinqə tibbi maska ilə
gəlmək, pirotexnika istifadə etmək qadağan edilib. Həmçinin yolu
təkrar bağlamağa görə cinayət məsuliyyəti tətbiq edilib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.