Xalqın hərəkət etdiyi yerdə aksiya keçirmək üçün dövlət orqanına əvvəlcədən bildiriş tələb olunacaq
Hakim partiya “Gürcü Arzusu” toplantı və nümayişlərlə bağlı qaydaları əlavə olaraq sərtləşdirir. Dəyişikliklər “Toplantı və Nümayişlər Haqqında” Qanuna və “İnzibati Xətalar Məcəlləsinə” daxil ediləcək. Layihələr təcili qaydada müzakirə olunacaq.

Qanun layihəsi Büronun iclasında qeydiyyata alınıb, lakin hələ dərc olunmayıb.

8 dekabrda keçirilən Büro iclasında parlament çoxluğunun deputatları qanun dəyişiklikləri paketini təqdim etdilər. Layihəyə əsasən:
  • Əgər toplantı və
    ya nümayiş insanların hərəkət etdiyi ərazidə keçirilirsə, dövlət orqanının əvvəlcədən xəbərdar edilməsi məcburi olur.
  • Əgər toplantı və ya nümayiş ictimai təhlükəsizliyə, asayişə, müəssisələrin normal fəaliyyətinə, nəqliyyat vasitələrinin və insanların hərəkətinə təhlükə yaradırsa, dövlət orqanı aksiya iştirakçılarına alternativ yer, zaman və ya marşrut təklif edə biləcək.
  • Bu göstərişə əməl edilməməsi məsuliyyətə cəlbetmə ilə nəticələnəcək.
Büronun gündəliyinin izahat hissəsində məsuliyyətin növü dəqiqləşdirilmir.

16 oktyabrda qəbul edilmiş əvvəlki dəyişikliklərlə aksiyalarda: üzün örtülməsi, çadırların qurulması, yolun bağlanması qadağan edilmişdi. Bunlar 15 günədək həbs, təkrar olunduqda isə 2 ilədək həbs ilə cəzalandırılır.
Bu qaydalar qüvvəyə mindikdən sonra onlarla aksiyaçı saxlanılıb.

Təqdim edilən yeni dəyişikliklərə ölkənin beşinci prezidenti, Salome Zurabişvili sosial şəbəkə X-də reaksiya verib. O yazır ki, bu dəyişikliklər aksiya keçirmək hüququnu daha da məhdudlaşdırır:

“Əgər aksiya ‘insanların sıx olduğu ictimai yerlərdə’, yəni Tbilisinin bütün mərkəzi ərazilərində planlaşdırılırsa, əvvəlcədən icazə tələb olunacaq. Əsas hədəf isə bir ildir Rustavelidə davam edən etiraz aksiyalarıdır”, – deyə Zurabişvili qeyd edir.

İki il əvvəl, spontan aksiya zamanı bələdiyyənin icra orqanını 5 gün əvvəl xəbərdar etmə tələbi Konstitusiya Məhkəməsi tərəfindən antikonstitusion elan olunmuşdu.

Konstitusiya Məhkəməsi bildirmişdi ki, spontan toplantı və nümayiş keçirmək hüququna, hətta nəqliyyatın hərəkət etdiyi ərazidə və ya onun ləngidilməsi ilə olsa belə, təhlükəsiz hüquq sferasına daxildir.

Bu ilin fevralında isə qaydalar yenidən sərtləşdirildi və eyni anda səkkiz qanuna dəyişiklik edildi.

Qanun:
  • Spontan toplantı/nümayiş anlayışını müəyyən etdi — əgər aksiya nəqliyyatın hərəkət etdiyi yerdə keçirilirsə və ya nəqliyyatı ləngidirsə;
  • Aksiya iştirakçılarının ən azı 5 gün əvvəl icra orqanına xəbərdarlıq etməsini tələb etdi;
  • Qapalı məkanda aksiya keçirmək üçün mülkiyyətçinin yazılı razılığı zəruri edildi;
  • Məhkəmə binasının girişinin bloklanması, hakimin evinin qarşısında aksiya keçirilməsi qadağan olundu — bu hallar 5000 lari cərimə və ya 60 günədək həbs ilə cəzalandırılır;
  • Binaların girişlərinin, magistral yolların, körpülərin, tunellərin, estakadaların, nəqliyyat qovşaqlarının və dəmir yolunun aksiya zamanı bağlanması qadağan edildi.
Artıq bir ildən çoxdur ki, Gürcüstanda yeni parlament seçkiləri və saxlanılan aksiyaçıların azad edilməsi tələbi ilə Avropa yönümlü etirazları davam edir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google