Rüşvət alma ittihamı ilə saxlanılan Marneuli 4 saylı ictimai
məktəbin direktoru Dilara Darğallı prokurorluğun vəsatəti əsasında
girov müqabilində azadlığa çıxıb.
Dilara Darğallının barəsində qətimkan tədbiri məsələsinə Tbilisi
Şəhər Məhkəməsinin hakimi Nato Xucadze 6 dekabrda baxıb. Hakimin
köməkçisi “Marneuli” radiosuna bildirdi ki, Dilara Darğallının
qətimkan tədbiri kimi girov seçilib.
Məhkəmədən verilən məlumata görə, girovla bağlı vəsatəti
ittiham
tərəfi – prokurorluğun özü təqdim edib və hakim vəsatəti təmin
edib.
“Marneuli” radiosunun məlumatına əsasən, Dilara Darqali girovu
artıq ödəyib və penitensiar müəssisəni tərk edib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 dekabrda keçirilən
brifinqdə bildirmişdi ki,
Marneuli 4 saylı ictimai məktəbin direktoru rüşvət
alma şübhəsi ilə saxlanılıb:
“Marneulidə rüşvət alma faktına görə saxlanılan şəxs
Marneuli 4 saylı məktəbin fəaliyyətdə olan direktorudur. O,
attestatın verilməsi üçün tələb olunan imtahanlarda kömək
qarşılığında bir vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət
alıb.”
DTX-in məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin
338-ci maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da 6 ildən 9
ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.