Rusiya rəsmi orqanı AzadlıqRadiosunun həbsdə olan keçmiş əməkdaşı
Nika Novakın yerinin dəyişmədiyini bildirir.
Ötən həftə onun vəkili jurnalistin saxlandığı Sibir koloniyadan
yoxa çıxdığını bildirmişdi.
Rusiya Federal Penitensiar Xidməti jurnalistin vəkili Yuliya
Kuznetsovaya məktub göndərərək onun martın 1-də köçürüldüyü İrkutsk
vilayətindəki 11 saylı cəza koloniyasında saxlandığını bildirib. Bu
barədə Novakın dostları və ailəsinə bağlı sosial media paylaşımında
məlumat
yer alıb.
Kuznetsova informasiyanı öz ictimai sosial media hesablarında
təsdiqləməyib. AzadlıqRadiosu da məlumatı müstəqil şəkildə
təsdiqlədə bilməyib.
2 dekabr
Vəkil jurnalist Nika Novakın Sibir həbsxanasında olmadığını
deyir
AzadlıqRadiosunun ötən il Rusiyada peşə fəaliyyətinə görə həbsə
məhkum edilmiş keçmiş əməkdaşı Nika Novak Sibirdə islah
koloniyasından yoxa çıxıb. Məlumatı vəkil yayıb.
Yuliya Kuznetsova sosial şəbəkədə yazıb ki, Novak İrkutsk
vilayətinin Bozoy kəndindəki 11 saylı cəza koloniyasından başqa
yerə köçürülə bilər, ancaq yeri bəlli deyil.
Vəkil koloniyadan Novak barədə informasiya ala bilmədiyini əlavə
edib. Dediyinə görə, bir vəkil həmkarı bu həftə Nikanı ziyarət
etmək istəyib, amma ona koloniyaya daxil olmağa icazə
verilməyib.
Novak qapalı məhkəmə iclasında "xarici dövlət, beynəlxalq və ya
xarici təşkilatla məxfi əməkdaşlıq"da təqsirli bilinərək 4 il həbsə
məhkum edilib. Özü və hüquq müdafiəçiləri hökmü ədalətsiz
sayırlar.
Martın 1-də cəza koloniyasına köçürülən jurnalist orada işgəncə
xarakterli şəraitdən şikayət edib, aclıq aksiyası keçirib.
AzadlıqRadiosunun prezidenti Stiv Kapus Rusiya hakimiyyətini Novakı
azad etməyə çağırıb. O deyib ki, jurnalistə qarşı
"siyasi
motivli ittihamlar ayrı-ayrı jurnalistləri susdurmaq məqsədi
daşıyır".
Novak həbs olunanadək "Chita Media"da çalışıb, zab.ru saytının baş
redaktoru olub. O, 2022-ci ildə AzadlıqRadiosunun
"Siberia.Realities" layihəsi ilə əməkdaşlıq edib.
33 yaşlı jurnalistə qarşı cinayət işi Rusiyanın Ukraynaya
tammiqyaslı işğalından bir neçə ay sonra 2022-ci ildə qəbul olunmuş
275.1-ci maddə üzrə hökm çıxarılan ilk hadisə olub.
Hüquq ekspertləri bu qanunun mahiyyətini və mətnini tənqid ediblər.
2024-cü il iyulun 22-də Rusiyanın "Memorial" hüquq müdafiə
təşkilatı Novakı siyasi məhbus kimi tanıyıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.